Son xəbərlər:
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"                        Gürcüstan vətəndaşı 290 il müddətinə həbs edildi                        Səudiyyə Türkiyəni ittiham etdi                        ABŞ-ın Səudiyyəyə sanksiyası başladı                        XİN-dən Saakyanın Fransa səfərinə münasibət                        Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib                        Ronaldo nişanlandı - Fotolar                        Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi                        Qarabağın Azərbaycanlı İcmasından sərt bəyanat                        Fransa beynəlxalq hüquqa qarşı: bu ölkə həmsədrlikdən çıxarılmalıdır                        İrəvan reallığı dərk edib, siyasətini dəyişməlidir - Kılıç                        BDU-da seminar: dillə bağlı fərman müzakirə edildi                        Avropanın yaş ortalamasına görə ən yaşlı futbol liqası və klubu müəyyənləşib                        Ən etibarlı avtomobillər - Siyahı                        “Biz İranla dostluq əlaqələri qurmağa hazırıq...”- Separatçı erməninin arzusuna cənub qonşumuz necə cavab verəcək?..                        Qaşıqçını öldürmək əmrini kim verib?                        Hər çəkilən siqaret insan ömrünü 11 dəqiqə azaldır                        Tramp səfir vəzifəsinə qadın çantaları dizaynerinin namizədliyini irəli sürüb                        Rusiya və ABŞ prezidentləri neft bazarını müzakirə edib                        Çingiz Qənizadə: "Şəmkirdə yeyib-içən deputatlar iclasda iştirak etməlidirlər"                        Beyons milyarderlə dostluğunu bitirdi - Adı təcavüzdə hallanır                        Səudiyyə prokurorluğu Cemal Kaşıkçını öldürənlərə edam cəzası tələb edəcək                        Abel Məhərrəmov vəzifəsindən azad edildi...                        Moskvada “Yeddi gözəl” sərgisi açılacaq                        “Qara Qarayevin kino musiqisi” kitabının təqdimatı olacaq                        Kadırovun “Instagram” səhifəsi "blok" edildi                        Ürəyim-Mehri Səfərli                        Postancyan: Nikol Qarabağı pul əvəzinə qaytarmağa hazırdır                        Ukraynadakı səfirlə bağlı Poroşenkoya müraciət olundu - FOTO                        “Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən xəbədarlıq                       
Xəbər lenti
 
 
15-noy-2018 / ( 20:17 )
 
 
 
 
15-noy-2018 / ( 19:25 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-noy-2018 / ( 15:22 )
 
 
 
 
 
 
 
15-noy-2018 / ( 14:13 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 1-11-2018, 11:18
İnam Kərimov: Aqrar sahə özünün dinamik inkişafı ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoyubAqrar islahatların müasir mərhələsində strateji yanaşmanın əsasını iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsi, neftdən asılılığın azaldılması, qlobal bazarlara daha sıx inteqrasiya olunması, məhsuldarlığın artırılması hesabına istehsal xərclərinin azaldılması və fermerlərin maddi rifahının yüksəldilməsi təşkil edir.

Qafqazinform.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov AZƏRTAC-a müsahibəsində deyib.

Nazir bildirib ki, hələ sovetlər dönəmində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan geridə qalmış respublikadan böyük potensiala malik aqrar-sənaye kompleksinin formalaşdırıldığı, mövcud resursların səmərəli istifadə edildiyi və intensiv inkişaf mexanizmlərinin geniş tətbiq olunduğu dinamik inkişaf edən ölkəyə çevrildi. Müstəqillik bərpa edildikdən sonra Ümummilli Liderin rəhbərliyi ilə tarixi əhəmiyyət kəsb edən aqrar islahatlar uğurla həyata keçirildi və kənd təsərrüfatının dayanıqlı inkişafı üçün möhkəm baza yaradıldı. 1990-1995-ci illərdə ölkədə kənd təsərrüfatı məhsulları istehsalının həcmində kəskin azalma olduğu halda, 1995-ci ildən sonra bu sahədə davamlı artım əldə edildi. Ən əsası isə Ulu Öndərin siyasi iradəsi ilə həyata keçirilən aqrar islahatlar sayəsində azad bazar münasibətlərinə və özəl mülkiyyətə əsaslanan yeni sistemə uğurlu keçid təmin olundu.

Ötən 15 ildə aparılan böyük həcmli kompleks işlər sayəsində Azərbaycanın bu gün müasir inkişaf mərhələsinə daxil olduğunu vurğulayan İnam Kərimov bildirib ki, bu inkişafın əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müstəqilliyimizin, təhlükəsizliyimizin, tərəqqinin, müasirləşmənin, sosial rifahın və iqtisadi inkişafın təmin olunmasında müəyyən edilən siyasi kurs dayanır. Digər sahələr kimi, aqrar sahə də özünün dinamik inkişafı ilə bu çağırışlara cavab verərək, keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlətimizin başçısının qəbul etdiyi siyasi qərarlar kənd təsərrüfatının inkişafı ilə bağlı qabaqcıl tənzimlənmə və dəstək mexanizmlərinin ölkəmizdə də geniş tətbiq olunmasına real zəmin yaradıb.

Nazir deyib: “Son illər bu istiqamətdə ölkəmizdə sistemli şəkildə həyata keçirilən islahatlar və göstərilən yüksək dövlət dəstəyi nəticəsində kənd təsərrüfatında istehsal göstəriciləri davamlı olaraq yüksəlib. Bu nəticələr daxili bazarda yerli istehsal hesabına təklifin artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə, fermerlərin gəlir əldə etmək imkanlarının yaxşılaşmasına şərait yaratmaqla bərabər, qeyri-neft ixracının artırılmasına da mühüm töhfə verib”.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930