Son xəbərlər:
Yüzlərlə qadınla xəyanət edən ərini sona qədər müdafiə edən qadın – Nina Beriya                        “Taliban” hərəkatı ilə danışıqlar səbəbindən Vaşinqton və Kabilin münasibətləri korlanıb                        Terrorda müsəlmanları günahlandıran senatorun başına - Yumurta çırpdılar/Video                        Dövlət Sərhəd Xidməti: Ermənistanla sərhədi pozan şəxs ruhi əsəb xəstəsidir                        Rus kəşfiyyatından şok açıqlama: "İŞİD bizim regiona köçür"                        İstehsalından bir gün əvvəl satışa çıxarılan yumurtalarla bağlı - AÇIQLAMA                        Bakıdan Ankaraya gedən tələbə qız itkin düşdü                        Müsəlman qatilinin məhkəmədə göstərdiyi işarə - Foto                        "5 yox, 10 uşaq istəyirəm"                        "Avro 2020": Final mərhələsinin püşkü Buxarestdə atılacaq                        “Elçin 2 ildir boşanıb, əlaqəsi olsaydı, Aysellə evlənərdi” - Vəkil danışdı                        Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan Qazaxıstan vətəndaşı saxlanılıb                        Prezident İlham Əliyev OPEC-in baş katibini qəbul edib                        “Azadlığa buraxılması Əli İnsanov üçün böyük humanist addım olardı” - Şahlar Əsgərov                        “Bəzi ünsürlər media mühitindən öz şəxsi maraqlarını güdmək üçün istifadə edirlər...”                        “Gözləyirdim ki, həmin raketləri atacaqlar...” – Zakir Həsənov erməniləri təəccübləndirdi                        Mehriban Əliyevadan aztəminatlı ailələrə novruz hədiyyəsi - FOTO                        Bolqarıstanda yenidən quş qripi aşkarlanıb                        Natavan evli kişi ilə görüşən həmkarı üçün AYAĞA QALXDI və görün NƏLƏR DEDİ                        ABŞ ordusu üçün kommunikasiya peyki kosmosa göndərilib                        Sabah 29 şəhər və rayonda 9-cu sinif şagirdləri imtahan verəcəklər                        Daşkənddə çoxfunksiyalı buz kompleksi açılıb                        Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür                        Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 21 dəfə pozub                        İki dəfə Pulitser mükafatı laureatı Uilyam Mervin 91 yaşında vəfat edib                        Martın 20-də əlavə Bakı-Gəncə sürətli sərnişin qatarı fəaliyyət göstərəcək                        Nüvə bombardmançıları Rusiya sərhədlərində                        FBİ Eynşteyni niyə axtarırdı: sovet xəfiyyəsi və...                        Aprel döyüşlərində və Naxçıvan əməliyyatında... - Bakıdan alternativ üsul                        Gürcüstanda Azərbaycan vətəndaşı 15 il müddətinə azadlıqdan məhrum edildi                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
16-mar-2019 / ( 13:22 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 31-10-2018, 20:17
Razi Nurullayev: “Siyasi hakimiyyət hökumətdə müxalifətin də təmsil olunmasına şərait yaratmalıdır”

Qafqazinform.az xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Beynəlxalq Mətbuat Mərkəzində aylıq qrup toplantısını keçirib.Toplantıda Azərbaycan-Avropa münasibətlərinin mövcud durumu, siyasi islahatlar və digər məsələlər müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Xalq Cəbhəsi Partiyası(AXCP) Ali Məclisin sədri Rafiq Daşdəmirli toplantı iştirakçılarını salamlayıb, qısa məlumat verib.

“Avropa güzəştə getməyəcək”

AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə tədbirdə müzakirə olunacaq mövzularla bağlı fikirlərini səsləndirib. Bildirib ki, AXCP Azərbaycan və Avropa İttifaqı arasında imzalanması gözlənilən çərçivə sazişinin uzadılmasının tərəfdarı deyil:

“Artıq iki ildir ki, bu məsələ yubadılır. Əgər Azərbaycan Avropa ilə çərçivə sazişinə gedərsə, Rusiya və digər qonşu ölkələr tərəfindən gözlənilən təzyiqlərə fikir bildirmək istəyirəm. Hazırda Aİ ilə Azərbaycan arasında danışıqlar gedir. Hər halda bu danışıqlar davam etdiriləcək. Hər iki tərəf görüşlərində sazişin önəmli olduğunu vurğulayıblar. Bu o deməkdir ki, Azərbaycan Aİ-nın təkliflərindən özü istədiyi şəkildə faydalana biləcək. Azərbaycan öz istəyi ilə bu sazişə getmək istəyir. Amma Avropa İttifaqı bu məsələdə insan hüquqlarını və siyasi islahatları ehtiva edən təkliflər paketini rəsmi Bakıya göndərilib. Bu istiqamətdə artıq müzakirələr başlayıb. Bu sazişə insan hüquqları, siyasi-iqtisadi islahatlar, vətəndaş cəmiyyəti və digər bir çox məsələlər daxildir. Hələlik bu bədlər tam olaraq bəlli deyil. Amma siyasi partiyalar məsələsinin də bu sazişə salınmasını istəyirik. Digər tərəfdən çərçivə sazişinin bağlanması qeyri-neft sektorunu da inkişaf etdirəcək. Çünki Azərbaycanın üzünə Avropa bazarları açılacaq. Bu isə qeyri-neft sektorunda olan monopoliyanı aradan qaldıracaq”.

M.Əsədullazadə həmçinin qeyd edib ki, Avropa İttifaqı öz əsas dəyərlərini Azərbaycana güzəştə getməyəcək:

“Avropa İttifaqı xüsusilə insan haqları sahəsində Azərbaycana güzəştə getməyəcək. Bu baxımdan insan haqları bu sazişdə önəmli hissə hesab olunur. Saziş barədə danışıqlara fevral ayında Brüsseldə başlanılıb. 2016-cı ilin noyabr ayında Avropa İttifaqı Şurası Avropa Komissiyasına və xarici əlaqələr, təhlükəsizlik siyasətinin nümayəndəsi müzakirələr aparmaq üçün mandat verib. Danışıqlar üzrə son tarix isə hələ məlum deyil. Bu, tərəflərin müzakirə mövzularına yanaşmasından asılı olacaq”.

Daha sonra çıxış edən AXCP sədri Razi Nurullayev Azərbaycanda bir sıra iqtisadi islahatların aparıldığını deyib. Onun sözlərinə görə, Azərbaycanda iqtisadi islahatlar aparılır:

“Amma islahatların geniş spektrdə aparılmasına baxmayaraq nəticələr zəifdir. Sosial vəziyyət, əmək haqlarının, iş yerlərinin azlığı ciddi təlatümlər yaradır. Səbəb isə iqtisadi islahatların siyasi islahatlarla möhkəmləndirilməməsidir. Bir misal gətirim. Sentyabr ayında Kanadanın Freyzer İnstitutunun 100-dən çox ölkəni təmsil edən tədqiqatçılarla birgə hazırladığı reytinq mərkəzi hökumət qurumlarının say tərkibi, mülkiyyət hüququnun müdafiəsi və məhkəmə azadlığı, pul siyasətinin sərtlik dərəcəsi, xarici ticarət azadlığı, kreditlərin, məşğulluğun və biznesin tənzimlənməsi meyarlarına əsaslanaraq iqtisadi cəhətdən azad ölkələrin siyasını açıqlayıb. İqtisadi azadlıq reytinqinin ilk onluğunda Gürcüstan 7-ci sırada qərarlaşıb. Ən azad ölkə Honkonqdur. Onu Sinqapur və Yeni Zellandiya, İsveçrə, İrlandiya, ABŞ təqib edir. Azərbaycan iqtisadi azadlıq reytinqində 106-cı yerdə qərarlaşıb. Ermənistan 29-cu, Türkiyə 86-cı, Rusiya 87-ci, İran 130-cudur.


“Kadrların yerdəyişməsi islahat deyil”

Siyasi islahatlara toxunan partiya sədri qeyd edib ki, hakimiyyətdə təmsil olunan bir şəxsin başqa vəzifə ilə mükafatlandırılması, birinin vəzifədən alınıb, yerinə digərinin təyin edilməsi də islahat deyil:

“Siyasi islahatların aparılmasını vacib sayırıq və bununla bağlı təkliflərimiz bunlardır: Birincisi, siyasi hakimiyyət hökumətdə müxalifətin də təmsil olunmasına şərait yaratmalıdır. İqtidarla müxalifət arasında sosial, iqtisadi, siyasi və xarici məsələlərdə müzakirələrin olması vacibdir. Ən azından 3-4 nazirliyin müxalifətə verilməsini məqbul sayır, o cümlədən növbədənkənar parlament seçkilərinin keçirilməsini faydalı görürük. Yeni parlamentin rolu ölkədə sosial, iqtisadi və siyasi islahatların keçirilməsinə yardım göstərmək olmalıdır. Parlamentin bir siyasi partiyanın hegemonluğunda saxlanılmasına, həmçinin ayrı-ayrı məmur təbəqəsinin maraqlarına xidmət etmə cəhdlərinə son verilməlidir. Parlament xalqın tribunadan eşidilən səsinə çevrilməzsə, ölkənin hərtərəfli plüralizm şəraitində inkişafından söhbət gedə bilməz.

İkincisi, siyasi məhbus qismində adı çəkilən, ictimai asayiş üçün heç bir təhlükə kəsb etməyən insanlar azadlığa buraxılmalı, ən azından azadlığı ev şəraitində məhdudlaşdırılmalıdır. Ölkəmizin davamlı olaraq adının siyasi məhbuslarla bol ölkə kimi hallandırılması Azərbaycana sərmayələrin yatırılmasına ciddi əngəldir və demokratik ölkələrdən turist axınına da ciddi maneçilik törədir.

Əlavə olaraq deyim ki, ölkədə siyasi problemlərin olması, azadlıqların məhdudlaşdırılması, hakimiyyətə tərəfindən müxalifətə qarşı qeyri-ənənəvi münasibətin sərgilənməsi xarici ölkələrə səfər edən vətəndaşlarımıza da mənfi təsir göstərir. Ən azından Azərbaycan pasportuna hörmət göstərilmir”.

“İqtisadi islahatlar milli burjuaziyanı ortaya çıxaracaq”

Razi Nurullayev Azərbaycan-Avropa münasibətlərinin yüksək səviyyədə olması ilə bağlı deyilənlərlə razılaşmayıb:

“Azərbaycan və Avropa arasında enerji razılaşması var və bu yöndə məsələlər rahatdır. İqtisadi, sosial və siyasi sahələrdə isə ciddi durğunluq var. Bildiyimiz kimi, Azərbaycan Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı çərçivəsində Assosiasiya Sazişini imzalamaqdan imtina edib və yerinə iki tərəfli strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasını təklif edib. Bu sahədə də irəliləyişlər yoxdur.

Artıq Moldova, Ukrayna və Gürcüstan bu saziş nəticəsində Avropa Birliyi ölkələrinə vizasız gedə bilirlər. Onlar özlərini mədəni dünyanın bir parçası hiss etməyə başlayıblar, Avropa bazarları onların üzünə açılıb, onlar artıq orada özlərinə iş də tapa bilərlər.

Azərbaycanda nə baş verir? Çox təəssüflər olsun ki, bizim vətəndaşlarımız Avropa Birliyi ölkələrinin və digər Qərb dünyasını təmsil edən dövlətlərin səfirliklərinin qarşısında boyunlarını büküb onlardan imdad gözləyirlər. Biznesimiz azad inkişaf edə bilmir, məhsulunu sata bilmir, Avropa ölkələrindən ucuz kreditlərə çıxışı əngəllənir. Səbəb birdir. Azərbaycan Avropa Birliyi ilə onların irəli sürdüyü şərtlərə uyğun çərçivə sazişi istəmir.

Çünki, o zaman ölkədə bütün siyasi və iqtisadi azadlıqlar təmin edilməli və Azərbaycan Ümümdünya Ticarət Təşkilatına üzv olmalıdır. ÜDT-yə üzvlükdən sonra Azərbaycan Avropa Birliyinin təklif etdiyi və biznes üçün nəhəng iqtisadi imkanlar açan DCFTA adlanan, yəni Dərin və Müfəssəl Azad Ticarət Zonası razılaşmasından yararlana bilər. Hakimiyyət bunu etmir, çünki, ÜDT-na üzv olmaq təbii yolla inhisarların aradan qaldırılması və azad iqtisadi mühitinin yaradılmasıdır. Bu o deməkdir ki, seçilmiş şəxslər milyonlar qazana bilməyəcək, bazara diktə etməyəcək. Bu o deməkdir ki, formalaşan azad iqtisadi münasibətlər həm də siyasi mühitin sağlamlaşdırılmasına və real müstəqil orta biznes sinfinin – belə demək olar ki, milli burjuaziyanın yaranmasına vəsilə olacaq”.

"Əsaslı dönüş o zaman baş verəcək ki, Minsk Qrupuna daxil olan ölkələrin dövlət başçıları səviyyəsində  Ermənistana təzyiq edilsin“

AXCP sədri hesab edir ki, Azərbaycan Rusiya ilə də iqtisadi və siyasi sahələrdə zəif münasibətlərə malikdir:

“Bizim vətəndaşlarımız Rusiyada da normal işləyə bilmir, məhsulunu da azad və ucuz şəkildə Rusiya bazarına çıxarmağa əziyyət çəkir. Çünki, MDB-dən başqa digər qurumlarda üzvlüyümüz yoxdur. Azərbaycan həm Qərbə, həm də Rusiyaya qarşı eyni məsafədə dayanmaq yolunu seçir. Bu özü-özlüyündə yaxşı olsa da, iqtisadi cəhətdən bərbad siyasətə çevrilib. Nə Avropa Birliyindən, nə də Rusiyanın imkanlarından yararlana bilirik. Bir çoxları orada gizli və qeyri-qanuni yollarla işləyir və onlara münasibət qula olan münasibətlə eynidir”.

Qarabağ: İrəliləyiş bir halda mümkündür...

Çıxışının sonunda Qarabağ probleminə toxunan AXCP sədri Razi Nurullayev münaqişənin həllində yaxın vaxtlarda əsaslı dönüşün görünmədiyini vurğulayıb:

“Əsaslı dönüş o zaman baş verəcək ki, Minsk Qrupuna daxil olan ölkələrin – ABŞ, Fransa və Rusiyanın dövlət başçıları səviyyəsində Ermənistana təzyiq edilsin. Əgər Ermənistan Dağlıq-Qarabağdan kənar rayonlardan bir neçəsini belə qaytarmaq istəmirsə, danışıqlar boş vaxt itkisidir. Azərbaycan bu sahədə dost və qardaş ölkələrin siyasi və beynəlxalq gücündən istifadə edərək dönüşə nail ola bilər. Dost və qardaş ölkələrin dövlət başçılarının həmsədr ölkələrin başçıları ilə birbaşa təması və Dağlıq-Qarabağ məsələsini beynəlxalq gündəmə çevirməsilə irəliləyiş əldə etmək olar. Nə qədər ki, bu münaqişənin səs-küyü regiondan kənara çıxmayıb və dövlətlər arasında sürtüşmə yaratmayıb, münaqişənin həllində gözə çarpan nələrsə olmayacaq”.

Cebhe.info


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar