Son xəbərlər:
Hava şəraitinin dəyişəcəyinə dair xəbərdarlıqla əlaqədar hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb                        Mik Şumaxer “Ferrari” Akademiyasına daxil olub                        Mübariz İbrahimovun sinif yoldaşı: “Onu, yalvara-yalvara şənliyə gətirdə bildik, çünki...”                        Erkən ölümün qarşısını almağın yolu tapıldı                        "Kadr islahatları zamanı Qərb idarəetmə dəyərlərini mənimsəyən insanları irəli çəkmək lazımdır"                        Hava şəraiti ilə əlaqədar xəstəxanalar tam hazır vəziyyətə gətirilib                        Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu                        Sergey Lavrov: "Rusiya 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək"                        Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı                        Rusiyada 15 yaşında ana olan azərbaycanlı qız uşağını bacısına verdi                        Küçədə tapılan çılpaq cəsəd fahişəyə aid imiş - FOTO                        “Arzum odur ki, Allah məni Qarabağa həsrət öldürməsin...”                        Sinoptiklərdən xəbərdarlıq: Çox güclü xəzri küləyi əsəcək, havanın temperaturu 10 dərəcə enəcək                        Avropa İttifaqı Yunanıstanı 200 milyon avro məbləğində cərimələyib                        Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə bağlı sürücü və sərnişinlərə xəbərdarlıq edib                        Vladimir Putin: Bu ilin sonunadək “Türk axını”nı istifadəyə verməyi planlaşdırırıq                        Güclü külək əsəcək, sulu qar, qar yağacaq                        Xalq artisti Elza İbrahimovanın 80 illik yubileyi münasibətilə yeni poçt markası dövriyyəyə buraxılıb                        Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq                        Azərbaycanda uşağın cinsiyyətini qabaqcadan öyrənmək qadağan edilir                        Bakı meriyası Milli Şuranın mitinqinə icazə verdi                        Arif Alışanov AzTV-nin sədri vəzifəsindən çıxarıldı                        Putin niyə smartfon işlətmir? - Peskov açıqladı                        “Telestudiyanın partladılmasına görə Bəxtiyar Vahabzadə generalın üzünə tüpürdü...”                        Müğənni Fədayə Laçın apellyasiya şikayəti verib                        Emeri Məsut Özildən imtina edib                        SOCAR: Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 1700-dən çox neftçi təxliyə ediləcək                        Rusiyanın Şaxtı şəhərində yanvarın 16-da matəm günü elan edilib                        Şagirdlər Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə tanış olublar                        Çində 5G şəbəkələrinin köməyi ilə ilk dəfə distant cərrahiyyə əməliyyatı keçirilib                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 16:30 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 11:01 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 7-09-2018, 21:05
"İdlibdə baş verənlər bundan sonrakı əməkdaşlığımıza kölgə salacaq"Türkiyə, Rusiya və İran liderləri bu gün Tehranda zirvə görüşü keçirdilər. Ərdoğan, Putin və Ruhaninin görüşdüyü sammitdə İdlib probleminin həll edilməsi gözlənilirdi. Bölgədə hərbi əməliyyatlara qarşı çıxan Türkiyə prezidenti insanların həyatda qalmaları üçün məsələnin həlli axtarışdadır. Sammitdə əsasən Ankara üç mövzunu gündəmə gətirdi:

1-İdlib və Suriya arasındakı atəşkəs rejiminin qorunaraq Astana prosesində qalması;
2-Suriya rejiminin İdlibdə dinc əhalini heçə sayan hücumlara son verməsi;
3-Terror təşkilatları PKK-nın Suriyadakı qolu YPG-nin bölgədən çıxarılması;

Qafqazinform.az xəbər verir ki, politoloq Sülhəddin Əkbər Moderator.az-a açıqlamasında baş tutan zirvə görüşünü şərh edib:

“Bilirsiniz ki, görüş ərəfəsində sentyabrın 4-dən artıq İdlibdə əməliyyatlar başladı. Rus və Əsəd rejiminin aviasiyası İdlib ərazisində mövqeləri vurmağa başladılar. Bu artıq Tehran zirvə görüşünün gərgin keçəcəyindən xəbər verirdi. Zirvənin baş tutduğu bu gün belə aviasiya zərbələrinin davam etməsi Rusiyanın, İranın və Əsəd rejimin mövqeyinin qəti olduğunu göstərdi. Göründüyü kimi zirvədə də fikir ayrılığı çox açıq şəkildə ortaya çıxdı. İlk dəfə idi ki, belə bir görüş canlı olaraq, bütün dünyanın gözü qarşısında baş tutdu. Əsas gündəmdə olan məsələ İdlibdə əməliyyatların olub-olmaması idi və burda da Türkiyə prezidentinin təkidlərinə baxmayaraq, Rusiya tərəfi başda olmaqla qarşı tərəf buna müsbət cavab vermədi. Zirvədə on iki maddəlik yekun bəyannaməsinin qəbul olunmasına baxmayaraq, zirvənin uğrusuzluqla başa çatdığını düşünürəm, çünki əsas məsələ İdlibdə geniş miqyaslı hərbi əməliyyatların qarşısının alınması idi və Türkiyə buna nail ola bilmədi.

Burdan da aydın oldu ki, Rusiya, İran və Əsəd rejimi müxalifətin son qalası olan İdlibi də ələ keçirib bütün Suriya ərazisinə nəzarət etmək niyyətindədir. Ona görə də bundan sonra, xüsusən də quru əməliyyatının başlamasına bir neçə gün var və bu müddət ərzində tərəflərin hansı addımları atacağını görüb, daha dəqiq qiymət vermək olar. İlkin dəyərləndirməm odur ki, burda ciddi fikir ayrılığı oldu və Türkiyə prezidenti açıq şəkildə bildirdi ki, əgər İdlibə yönəlik irimiqyaslı hərbi əməliyyatlar olarsa, bu həm bundan sonrakı siyasi tənzimləmə prosesinə ciddi zərbə vuracaq, həm də Astana prosesinin ruhunu zəhərləyəcəkdir və eyni zamanda da müxalifət özlərini aldadılmış hesab edəcək. Bu o deməkdir ki, İdlibdə baş verənlər bundan sonrakı əməkdaşlığımıza kölgə salacaqdır. Açıq şəkildə həm Rusiya, həm də İran prezidenti Əsəd rejimini dəstəklədiklərini bildirdilər. Əgər bundan sonra quru əməliyyatı başlayarsa, biz ciddi ayrışmaların şahidi olacağıq. Digər tərəfdən ABŞ-ın və onu müttəfiqləri olan Fransa və İngiltərənin hansı addımları atacağını gözləməliyik”.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar