Son xəbərlər:
Mozambikdə qasırğada ölənlərin sayı 446 nəfərə çatıb                        Aydın Xırdalanlı son mənzilə yola salınıb - FOTO                        Xanım müğənnidən şok açıqlama - "Onunla bir gecəlik münasibətimiz oldu"                        "Mançester Yunayted"in təklifinə “yox” dedi                        Kiyevdə dahi şairimiz Səməd Vurğun anılıb                        Zakir Həsənov ABŞ-a səfər edəcək                        Sabah hava buludlu olacaq, arabir yağış yağacaq                        Nanədən illər sonra etiraf: "Türkiyədə məni…"                        "Erməni konyakı"nın müəllifi ermənilər yox, Azərbaycan almanlarıdır-Alman alimindən iddia                        Doğulduğu gün çəkisiylə dünyanı şoka salan adam indi polisdə işləyir - FOTOLAR                        Aygün Səmədzadənin əsərləri Türkiyədə canlanma və coşqu yaratdı… – FOTO                        İndoneziyada 5,4 bal gücündə zəlzələ olub                        Tereza Meyi devirməyə cəhd edirlər                        Aydın Xırdalanlı son mənzilə yola salınır - FOTO                        Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib                        “Disneyland”də “silah səsləri” vahimə yaratdı .                        Pakistanda “Yaşasın Azərbaycan” sədaları                        İlham Əliyev Yunanıstana məktub göndərdi                        “Top Model Azerbaijan 2019”-dan maraqlı görüntülər                        Aleyna Tilki Bakıda- VİDEO...                        "Telmandan soruşdum, bəs Monika Belluçi nə edəcək, dedi ki..."                        "Boeing"in səhmləri 40 mlrd. dollardan çox ucuzlaşdı                        Mehman Əhmədli Aydın Xırdalanlının ölüm xəbəri barədə: “Belə zarafat olar?!”                        110 çoban bir hücumda öldürüldü                        "Sən kimsən ki, bir metr irəli gəlmisən? İşdən qovuldun!"                        "Avro-2020": Bu gün seçmə mərhələnin I turuna yekun vurulacaq                        “Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - deputatdan çağırış-təklif                        Terrorçu Öcalanı dəstəkləyən “kürd” adlananlar Ermənistan bayrağı altında Novruz keçirdi...                        Cavanşir Məmmədov "Ulduzlu yayım"-da - "Yağdır mövlam su" - VİDEO                        “Netflix” yayım şirkəti “Apple” ilə əməkdaşlıqdan imtina edib                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-mar-2019 / ( 00:14 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
23-mar-2019 / ( 20:46 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 7-09-2018, 13:08
Prezident İlham Əliyev xorvatiyalı həmkarını Azərbaycana səfərə dəvət edib“Xanım Prezident, əvvəla icazə verin, dəvətə, mənə və nümayəndə heyətimə göstərdiyiniz qonaqpərvərliyə görə bir daha Sizə minnətdarlığımı bildirim. Biz Sizin gözəl ölkənizdə özümüzü həqiqətən evimizdəki kimi hiss edirik. Mənim rəsmi səfərim başa çatır və mən səfərin nəticələrindən çox razı qaldığımı qeyd etmək istəyirəm. Əminəm ki, səfər Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq münasibətlərini gücləndirəcək. Xanım Prezident, biz müntəzəm olaraq təmasdayıq. Hamımız iki il bundan əvvəl Azərbaycana rəsmi səfərinizi xatırlayırıq. Aramızda yaranan əlaqələr ikitərəfli münasibətlərin inkişafına kömək göstərir. Keçən il Münxendə beynəlxalq konfrans zamanı Sizinlə görüşmüşük və bu gün Xorvatiyaya rəsmi səfərim zamanı görüşürük. Bu, onu nümayiş etdirir ki, ölkələrimiz arasında çox fəal siyasi dialoq prosesi gedir. Münasibətlərin inkişafı üçün çox güclü potensial mövcuddur”.

Bunu sentyabrın 6-da Xorvatiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Bu gün biz enerji, nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, sənayenin inkişafı sahələrində genişmiqyaslı əməkdaşlıq məsələlərini müzakirə etdik. Eləcə də regional məsələləri müzakirə etdik. Müzakirə etdiyimiz bütün məsələlərdə bizim ümumi yanaşmamız var. Bu, çox vacibdir. Bu, bizi həqiqi strateji tərəfdaş edir. Azərbaycan regionumuzun, Avropanın enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayır. Biz daha da fəal rol oynamağa davam edəcəyik və bu mənada Xorvatiya ilə əməkdaşlıq bizim üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan qitələrarası dəmir yolu əlaqəsi layihəsinin də təşəbbüskarı olub və bu da artıq Avropadan Asiyaya və əks istiqamətdə daşınan yüklərin həcminin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarır. Bütün bu layihələr konkret nəticələri olan layihələrdir və bu layihələr bizi birləşdirir”, - dövlət başçısı əlavə edib.

O, Avropa İttifaqı ilə münasibətlərdə Azərbaycana davamlı dəstək göstərdiyinə görə Xorvatiyaya minnətdarlıq edib: “Bu gün müzakirə etdiyimiz kimi, biz Avropa İttifaqı ilə yeni Sazişin tezliklə tamamlanmasına böyük ümidlər bəsləyirik və bu da bizim əməkdaşlığımızda çox mühüm mərhələ olacaq. Bu, bütün sahələri - Azərbaycanın siyasi, demokratik və iqtisadi inkişafını, enerji siyasətini, nəqliyyat, multikulturalizmlə bağlı olan sahələri əhatə edən hərtərəfli sənəddir. Bu, gələcəkdə Azərbaycan ilə Avropa arasında fəal əməkdaşlığı təmin edəcək mühüm bir sənəd olacaq.

Siz bizim NATO-nun “Qətiyyətli dəstək” missiyasına verdiyimiz töhfəni qeyd etdiniz. Biz lap əvvəldən Əfqanistandayıq, mən əsgərlərimizi nəzərdə tuturam. 2002-ci ildən bəri biz koalisiyaya qoşulmuş azsaylı ölkələrdən biriyik. Biz bu yaxınlarda Əfqanistandakı hərbi kontingentimizi 120 hərbiçiyə qədər artırmışıq. Bu da NATO-ya üzv olmayan ölkələr arasında ən yüksək göstəricilərdən biridir. Əlbəttə ki, biz koalisiya qüvvələrinə logistika, nəqliyyat dəstəyini, ərazimiz üzərindən uçuş imkanını təmin edirik və bizim töhfəmiz NATO və üzv ölkələr tərəfindən yüksək qiymətləndirilir.

Bizim mədəni əlaqələrimizin necə inkişaf etdirilməsi nöqteyi-nəzərindən yaxşı anlayışımız var və bu gün xüsusilə mədəni mübadiləyə aid sənədin imzalanması təbiidir. Azərbaycan dərin multikulturalizm, dinlərarası, sivilizasiyalarası dialoq ənənələri olan bir ölkədir. Bütün bunlar bizim üçün mühüm əhəmiyyət kəsb edir. Prezidentin Sərəncamı ilə 2016-ci il Azərbaycanda “Multikulturalizm İli” elan olunub. 2015-ci ildə biz birinci Avropa Oyunlarına ev sahibliyi etdik. 2017-ci ildə biz dördüncü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdik. Beləliklə, iki il müddətində biz əməkdaşlıq formatını müəyyən etmək üçün bir şəhərə Avropadan, İslam aləmindən atletləri və dostları dəvət etdik. Bu oyunlar sadəcə idman tədbiri deyildi. Onlar insanları birləşdirən çox mühüm beynəlxalq tədbirlər idi.

Əlbəttə ki, biz hamımız Katolik Kilsəsinin rəhbəri, Roma Papası Fransiskin 2016-cı ildə Azərbaycana tarixi rəsmi səfərini xatırlayırıq. Onun Bakıdan çatdırdığı mesajlar həqiqətən də vacib idi. O, müxtəlif dinlərin nümayəndələri arasında daha çox anlaşmaya nail olmaq üçün bizim siyasətimizin vacibliyini vurğulamışdı. Beləliklə, Xorvatiya ilə müzakirə etdiyimiz və əvvəl qeyd etdiyim kimi, bütün məsələlərdə bizim ümumi anlaşmamız və yanaşmamız var. Bu, bizim tərəfdaşlığımızı daha da güclü edir.

Bu gün Sizin gözəl ölkənizi xoş ovqatla tərk edirəm. Mən həqiqətən özümü burada evdəki kimi hiss edirəm. Fürsətdən istifadə edərək əməkdaşlığımızı davam etdirmək üçün xanım Prezidenti bir daha Azərbaycana səfərə dəvət etmək istəyirəm”.
“Report”


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar