Son xəbərlər:
Yüzlərlə qadınla xəyanət edən ərini sona qədər müdafiə edən qadın – Nina Beriya                        “Taliban” hərəkatı ilə danışıqlar səbəbindən Vaşinqton və Kabilin münasibətləri korlanıb                        Terrorda müsəlmanları günahlandıran senatorun başına - Yumurta çırpdılar/Video                        Dövlət Sərhəd Xidməti: Ermənistanla sərhədi pozan şəxs ruhi əsəb xəstəsidir                        Rus kəşfiyyatından şok açıqlama: "İŞİD bizim regiona köçür"                        İstehsalından bir gün əvvəl satışa çıxarılan yumurtalarla bağlı - AÇIQLAMA                        Bakıdan Ankaraya gedən tələbə qız itkin düşdü                        Müsəlman qatilinin məhkəmədə göstərdiyi işarə - Foto                        "5 yox, 10 uşaq istəyirəm"                        "Avro 2020": Final mərhələsinin püşkü Buxarestdə atılacaq                        “Elçin 2 ildir boşanıb, əlaqəsi olsaydı, Aysellə evlənərdi” - Vəkil danışdı                        Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan Qazaxıstan vətəndaşı saxlanılıb                        Prezident İlham Əliyev OPEC-in baş katibini qəbul edib                        “Azadlığa buraxılması Əli İnsanov üçün böyük humanist addım olardı” - Şahlar Əsgərov                        “Bəzi ünsürlər media mühitindən öz şəxsi maraqlarını güdmək üçün istifadə edirlər...”                        “Gözləyirdim ki, həmin raketləri atacaqlar...” – Zakir Həsənov erməniləri təəccübləndirdi                        Mehriban Əliyevadan aztəminatlı ailələrə novruz hədiyyəsi - FOTO                        Bolqarıstanda yenidən quş qripi aşkarlanıb                        Natavan evli kişi ilə görüşən həmkarı üçün AYAĞA QALXDI və görün NƏLƏR DEDİ                        ABŞ ordusu üçün kommunikasiya peyki kosmosa göndərilib                        Sabah 29 şəhər və rayonda 9-cu sinif şagirdləri imtahan verəcəklər                        Daşkənddə çoxfunksiyalı buz kompleksi açılıb                        Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür                        Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 21 dəfə pozub                        İki dəfə Pulitser mükafatı laureatı Uilyam Mervin 91 yaşında vəfat edib                        Martın 20-də əlavə Bakı-Gəncə sürətli sərnişin qatarı fəaliyyət göstərəcək                        Nüvə bombardmançıları Rusiya sərhədlərində                        FBİ Eynşteyni niyə axtarırdı: sovet xəfiyyəsi və...                        Aprel döyüşlərində və Naxçıvan əməliyyatında... - Bakıdan alternativ üsul                        Gürcüstanda Azərbaycan vətəndaşı 15 il müddətinə azadlıqdan məhrum edildi                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
16-mar-2019 / ( 13:22 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 6-09-2018, 17:16
Bakıda Xorvatiyanın daimi səfirliyi fəaliyyətə başlayacaq"Bakıda Xorvatiyanın daimi səfirliyi fəaliyyətə başlayacaq".

Bunu Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç sentyabrın 6-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

"O ki qaldı Avropa İttifaqındakı fəaliyyətimizə, Xorvatiya güclü iradəyə əsaslanaraq Cənub və Mərkəzi Avropa ölkələri ilə Xəzər hövzəsi arasında daha geniş əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdardır. Azərbaycan əslində, bu təşəbbüsü dəstəkləyibdir. Bu təşəbbüsə digər tərəfdaşlar da, maraqlı dövlətlər də qoşula bilər. Bu təşəbbüsdə dünyanın müxtəlif şirkətləri iştirak edə bilər. Buxarestdə 2018-ci ilin sentyabrında bununla bağlı keçiriləcək Zirvə görüşündə hesab edirik ki, mühüm addımlar atılacaq və bu, çox yüksək səviyyədə, siyasi səviyyədə ortaya qoyulan bir iradə olacaqdır. Bu da bizim spesifik dialoqumuzun əsasını təşkil edir", - o qeyd edib.

Xanım prezident bildirib ki, "Azərbaycan NATO-nun mühüm tərəfdaşıdır: "Mən eyni zamanda bildirmək istəyirəm ki, Azərbaycan NATO-nun mühüm tərəfdaşıdır. Sizin NATO-ya verdiyiniz töhfəniz vacibdir. Bildiyiniz kimi, Azərbaycan da bizim ölkə kimi müxtəlif yerlərdə təhlükəsizlik məsələlərinin həllinə, sabitliyin qorunmasına töhfə verir və bunda maraqlıdır. Burada söhbət, xüsusən Avropanın cənub bölgəsindən gedir. Siz, həmçinin Əfqanıstanda aparılan əməliyyatlara da qatılmısınız. Təhlükəsizliyə və sabitliyə verdiyiniz davamlı dəstəyə və töhfəyə görə mən Sizə təşəkkürümü bildirirəm. Sonda bildirmək istəyirəm ki, bu yaxınlarda biz qərar qəbul etdik. Azərbaycanda bizim müvəqqəti ofisimiz bağlanır. Lakin mən qərar qəbul etdim ki, Bakıda Xorvatiyanın daimi səfirliyi fəaliyyətə başlasın. Mən bununla bağlı Azərbaycana səfir də təyin edəcəyəm".


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar