Son xəbərlər:
Rəsulzadənin nəvəsi: "Atam babamın dəfninə getmədi..."- VİDEO                        Alimlər koronavirusu tamamilə məhv etmək üçün çarə tapdılar                        Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib                        "28 may mənə ona görə əzizdir ki, atam onda Azərbaycanın bayrağını Qız qalasında qaldırıb"                        “Pandemiyanın hələ başlanğıcındayıq” - Merkel                        Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib                        “Boeing” “737 MAX” təyyarələrinin istehsalına yenidən başlayıb                        Birjalarda neftin qiyməti                        Müdafiə naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib                        Türkiyə ordusunun hərbçisi Suriyada həlak olub                        Çarter reyslə 175 Azərbaycan vətəndaşı Moskvadan Bakıya gətirilib                        Litvada koronavirusdan ölənlərin sayı 66 nəfərə çatıb                        Planetin 29 yaşa qədər hər 6 sakinindən biri işsiz qalıb                        Amerikanın “Newsweek” jurnalı ikili standartlar və Ermənistanın işğalçı siyasəti barədə məqalə dərc edib                        Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı                        Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib                        "Ramil Səfərovun əfvi terrorçu Varujan Qarabedyanın əfv edilməsinə cavab idi..."                        Dubay aeroportu tranzit uçuşların qəbul olunmasını da bərpa edəcək                        Azərbaycanda indiyədək 280 mindən çox koronavirus testi aparılıb                        Xalq artistinin İnstaqram hesabı təsdiqləndi - FOTO                        Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib                        Kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə xidmət edir                        İt döyüşləri təşkil edən 6 nəfərin kimliyi müəyyənləşdirilib                        Latviyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib                        “Bu işdə özümə qadağalar qoyuram” - Aygün Kazımova                        Azərbaycanda koronavirusa daha 165 yoluxma faktı qeydə alınıb, 78 nəfər sağalıb                        Azərbaycanda məktəbdaxili qiymətləndirmələrin vaxtı məlum olub                        “Talıb Taleh mənə 5 minə mahnı satıb” - Vəfa Şərifova                        Azərbaycandan İrana 19 məhbus ekstradisiya olundu                        Vilyam Hacıyevin ittiham olunduğu maddələr açıqlandı                       
Xəbər lenti
 
 
 
 
 
 
 
28-may-2020 / ( 10:17 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
26-may-2020 / ( 20:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 3-08-2018, 15:40
Türkiyədə nəhəng layihə: Bakıdan ilk neft getdi - FotoSOCAR tərəfindən 6.3 milyard dollarlıq investisya ilə qurulan STAR Neft Emalı Zavoduna 80.000 tonluq ilk xam neft yükü Azərbycandan gəlib. Fəaliyyətə başlama ərəfəsində olan zavodda açılış tarixi - oktyabr ayına qədər sınaq məqsədi ilə emal həyata keçiriləcək.

Axar.az xəbər verir ki, “SOCAR Türkiyə”nin Baş direktoru (CEO) Zaur Qəhrəmanov STAR NEZ-ə ilk xam neftin SOCAR-ın vətəni olan Azərbaycandan gətirilməsinin böyük məna ifadə etdiyini bildirib.

SOCAR tərəfindən 6.3 milyard dollarlıq investisiya ilə qurulan STAR NEZ Türkiyədə özəl sektor tərəfindən ən böyük investisiyadır və avqust ayı etibarı ilə ilk test emalını həyata keçirməyə başlayıb. STAR NEZ-in fəaliyyətə başlamadan əvvəl ən vacib mərhələlərindən biri sayılan sınaq fəaliyyəti məqsədi ilə 80.000 tonluq ilk xam neft 244 metr uzunluğundakı Abşeron tankeri ilə gətirilib. Bu ilk xam neft SOCAR-ın vətəni Azərbaycandan gələn “Azəri Layt”dır.

İlk xam neftin gəlişi münasibəti ilə təşkil olunan tədbirdə çıxış edən “SOCAR Türkiyə”nin Baş direktoru Zaur Qəhrəmanov bu ilin dördüncü rübündə fəaliyyətə başlayacaq zavodun sınaq fəaliyyətinin uğurlu bir şəkildə davam etdiyini qeyd edib:

“SOCAR Türkiyə” olaraq, Türkiyənin ən böyük sənaye qrupu olma yolunda hər keçən il sürətlə irəliləyərkən, strateji investisiyalarımızla ölkə iqtisadiyyatına və sənayesinə güç qatmağa davam edəcəyik. Yerli istehsalı artıran, idxalata bağılılığı və cari kəsiri azaldan, yeni iş yerləri yaradan sərmayələrimizi önümüzdəki illərdə də genişlədəcəyik”.

SOCAR-ın strateji böyümə trendləri arasında xarici bazarlardakı investisyaların genişləndirilməsinin önəmli bir yer tutduğunu qeyd edən Qəhrəmanov bildirib ki, dünya enerji bazarında əmin addımlarla irəliləyən SOCAR bir çox ölkədə fəaliyyətini davam etdirir:

“Bu ölkələr arasında Türkiyə bizim üçün çox önəmli bir yerə sahibdir. SOCAR olaraq, Azərbaycan və Türkiyə iqtisadiyyatlarının inkişafına dəstək verməyə davam edəcəyik. Bu çərçivədə Türkiyə dövləti ilə həyata keçirdiyimiz əməkdaşlıq bizim üçün böyük önəm və məna ifadə etməkdədir”.

STAR NEZ-in Baş direktoru Məsud İltər bildirib ki, Avropa, Orta Şərq və Afrikanı əhatə edən, bölgədəki ən böyük neft əməliyyatlarından biri olan STAR NEZ-in fəaliyyətə başlamadan əvvəl ən vacib məqamlardan biri sayılan sınaq fəaliyyəti üçün ilk neftin Azərbaycandan gəlməyinin iki qardaş ölkə arasındakı tarixi əməkdaşlığın bir nümunəsdir:

“Müəssisələrimizdə dövriyyə alma hazırlıqları və sınaq işlərindən sonra ilk testimizi də reallaşdırma mərhələsinə gəldik. Hədəfimiz STAR NEZ-i, planlaşdırdığımız kimi, bu ilin üçüncü rübündə güvənli bir şəkildə tamamlayaraq fəaliyyətə başlamağını təmin etmək, eyni zamanda, Azərbaycan vəTürkiyə iqtisadiyyatlarına dəyər qatmaqdır”.

STAR NEZ-in iqtisadiyyatın vacib dinamiklərindən biri olacağını ifadə edən İltər vurğulayıb ki, Türkiyəninin ilk Strateji Yatırım Təşviq Sənədinə sahib olan STAR NEZ Türkiyədə cari kəsirin azalmağına hər il 1.5 milyard dollarlıq töhvə verəcək:

“İlk enerjiləndirməyi etdiyimiz 2017-ci ilin avqust ayından bugünə böyük bir əzm və qərarlılıqla fəaliyyət göstəririk. Artıq istehsaldan əvvəl son mərhələdəyik. Türkiyə və Azərbaycan iqtisadiyyatlarına böyük dəyər qatacaq istehsal əməliyyatına ilk xam neftin axışıyla başlamış oluruq. Bu, bizim üçün böyük bir qürur qaynağıdır. 4.8 milyon ton dizel yanacağı və 1.6 milyon ton nafta ilə bərabər ölkəmizdəki cari kəsirin önəmli hissələrindən olan jet yanacağı və LPG kimi neft məhsullarının istehsalını da reallaşdıracaq STAR NEZ ilə Türkiyənin qlobal enerji bazarında rəqabət gücü də artacaq”.

“SOCAR Türkiyə”nin hədəfləri arasında böyük önəmə sahib olan neft emalı və neft-kimya inteqrasyasını təmin edəcək və qrup şirkətlərindən biri olan və Türkiyənin ilk neft-kimya təsisi “Petkim”in xam maddə ehtiyacının tamamına yaxınını təmin edəcək STAR NEZ yeni iş yerlərinin açılmasına da töhvə verəcək. Layihənin həyata keçirilmə müddətində 19.500 işçi sayına sahib olacaq zavod istehsala başladığında 1100 nəfərlik yeni iş yeri təmin edəcəkdir.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
{sape_links}{sape_article}