Son xəbərlər:
Hava şəraitinin dəyişəcəyinə dair xəbərdarlıqla əlaqədar hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb                        Mik Şumaxer “Ferrari” Akademiyasına daxil olub                        Mübariz İbrahimovun sinif yoldaşı: “Onu, yalvara-yalvara şənliyə gətirdə bildik, çünki...”                        Erkən ölümün qarşısını almağın yolu tapıldı                        "Kadr islahatları zamanı Qərb idarəetmə dəyərlərini mənimsəyən insanları irəli çəkmək lazımdır"                        Hava şəraiti ilə əlaqədar xəstəxanalar tam hazır vəziyyətə gətirilib                        Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu                        Sergey Lavrov: "Rusiya 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək"                        Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı                        Rusiyada 15 yaşında ana olan azərbaycanlı qız uşağını bacısına verdi                        Küçədə tapılan çılpaq cəsəd fahişəyə aid imiş - FOTO                        “Arzum odur ki, Allah məni Qarabağa həsrət öldürməsin...”                        Sinoptiklərdən xəbərdarlıq: Çox güclü xəzri küləyi əsəcək, havanın temperaturu 10 dərəcə enəcək                        Avropa İttifaqı Yunanıstanı 200 milyon avro məbləğində cərimələyib                        Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə bağlı sürücü və sərnişinlərə xəbərdarlıq edib                        Vladimir Putin: Bu ilin sonunadək “Türk axını”nı istifadəyə verməyi planlaşdırırıq                        Güclü külək əsəcək, sulu qar, qar yağacaq                        Xalq artisti Elza İbrahimovanın 80 illik yubileyi münasibətilə yeni poçt markası dövriyyəyə buraxılıb                        Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq                        Azərbaycanda uşağın cinsiyyətini qabaqcadan öyrənmək qadağan edilir                        Bakı meriyası Milli Şuranın mitinqinə icazə verdi                        Arif Alışanov AzTV-nin sədri vəzifəsindən çıxarıldı                        Putin niyə smartfon işlətmir? - Peskov açıqladı                        “Telestudiyanın partladılmasına görə Bəxtiyar Vahabzadə generalın üzünə tüpürdü...”                        Müğənni Fədayə Laçın apellyasiya şikayəti verib                        Emeri Məsut Özildən imtina edib                        SOCAR: Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 1700-dən çox neftçi təxliyə ediləcək                        Rusiyanın Şaxtı şəhərində yanvarın 16-da matəm günü elan edilib                        Şagirdlər Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə tanış olublar                        Çində 5G şəbəkələrinin köməyi ilə ilk dəfə distant cərrahiyyə əməliyyatı keçirilib                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 16:30 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 11:01 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 14-06-2018, 15:57
Bu axşam Fitr bayramıdır, zəkat necə çıxarılmalıdır?
İslam dinində müqəddəs günlərdən, bayramlardan biri də Fitr bayramıdır. Fitr bayramı mübarək Ramazan ayının bitməsini bildirən bayramdır.

İlahiyyatçı Hacı Fəxri Sadıqov “Report”a açıqlamasında bildirib ki, Fitrə zəkatı Ramazan bayramının axşamı günəşin batdığı vaxt ailə başçısının öhdəsində olanların adından çıxardığı bir zəkatdır: “Fitr sözünün ərəb dilində mənası “Yaradılış” yəni Yaradılışa qayıdış anlamına gəlir. Çünki Mübarək Ramazan ayı boyunca oruclu müsəlman yemir, içmir və hökmlərə riayət etməklə sanki mələk timsalına bənzəyir.

Bayramın bitməsi ilə yenidən insan fitrətinin bioloji qanunları olan gündəlik normal qidalanma halına qayıdır. Bu bayramın axşamı və günü bir neçə göstərişlər vardır ki, onları qeyd etməyi özümüzə borc bilirik. Hər bir müsəlmanın, istər ibadət əhli olsun istərsə də ibadət əhli olmasın, fitrə zəkatını verməsi vacibdir”. F.Sadiqov vurğulayıb ki, Fitrə zəkatını imkansız və ailəsinin dolanışğını çətin əldə edən şəxsə vermək lazımdır: “Bu şəriət göstərişi insanın il boyu istifadə etdiyi arpa, buğda, xurma, kişmiş, düyü və qarğıdalı məhsulunun hər adam başına 3 kq ölçüsü ilə çıxarılır. Fitrə zəkatını müsəlmanın növbəti Ramazana kimi canının təminatı kimi də başa düşmək olar. Qeyd olunan vaxtda onun evinə gələn qonağın da fitrə zəkatını verməsi ev sahibinin öhdəsində olur. Aşkarda günah edən şəxsə (şərab içən, qumar və bu kimi haram yollara aludə olanlara) fitrə vermək olmaz. Əgər belə bir şəxsə fitrə verilsə, o fitrəni yenidən çıxardıb əsl sahibinə (fəqirə) vermək lazımdır”.

İlahiyyatçının sözlərinə görə, illik xərclərə sahib olmayan və ailəsinin xərclərini təmin edəcək qazancı olmayan bir şəxs fəqirdir və həmin şəxsin fitrə zəkatını verməsi vacib deyil: “Fitr bayramı günündə bayram namazı qılınır. Fitr bayramının namazı camaatla məsciddə qılmaq bəyənilmiş hesab edilir. Bayram namazının vaxtı da gün çıxandan günortaya kimidir. Bayram günü müsəlman ətirlənib təzə paltarını geyib uca Allahı həmd-səna edə-edə bayram namazına getməsi bəyənilmiş hesab edilir. Mübarək Ramazan bayramı günündə valideynləri, kimsəsizləri axtarmaq, dünyasını dəyişənləri və şəhidləri yad etmək də savab əməllərdən hesab edilir. Qısası o günü Allahın buyurduğu hər hansı gözəl əməlləri icra etmək insana savab gətirər. İnşallah Mübarək Ramazan Bayramı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvayə əsasən iyunun 15-də qeyd ediləcək. Bayram namazı da məscidlərdə saat 09:00-dan qılınmağa başlanacaq”.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar