Son xəbərlər:
Ordumuzun döyüş hazırlığı yoxlanıldı – Video                        Məmməd Araz Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb                        Sabah paytaxtda 27 dərəcə isti olacaq                        "Dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin aeroporta qədər uzadılması nəzərdə tutulur"                        Bu abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək - Nazirlər Kabineti açıqladı                        "İftar vermək – gözəl savabdır, amma israf olmasa..."                        Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                       
Xəbər lenti
 
 
 
 
 
 
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
Tarix: 1-06-2018, 10:52
Ən bahalı mənzillər Səbayel və Nərimanovdadır - qiymətlər
“Yeni Müsavat”ın sualını cavablandıran daşınmaz əmlak eksperti Nüsrət İbrahimov bildirdi ki, ümumi rayonları müqayisə etsək, orta qiymət üzrə ən bahalı evlər Nərimanov rayonundadır: “Çünki Bakıda rayonlar elə yerləşir ki, bir ucu şəhərin mərkəzində olur, digər ucu isə gedib şəhər kənarına çıxır. Səbayel rayonunun da bir hissəsi şəhərin tam mərkəzini əhatə edir və orada mənzillər bahadır. Digər hissəsi isə Badamdar qəsəbəsinə, Şıxova qədər uzanır. O baxımdan rayonlar üzrə orta qiyməti hesabladıqda, ən bahalı mənzillər Nərimanov rayonundadır.

Torpaq bazarında isə ən bahalı torpaq sahələri Səbayel rayonundadır. Çünki bu rayonun bir hissəsi “Torqovı” deyilən əraziyə düşür, orada torpaq daha bahadır. İkinci yerdə isə torpaq üçün ən yüksək qiymət Nərimanov rayonundadır. Məsələn, 100 kvadratmetrlik, orta təmirli bir mənzilin qiyməti Nərimanov rayonunda orta hesabla 180 200 min manat arasında dəyişirsə, Nəsimi rayonunda 170-185 min arasında dəyişə bilər. Yasamal rayonunda 100 kvadratmetrlik mənzilin orta qiyməti 155-160 min civarındadır. Ən ucuz evlər isə Bakıərtafı qəsəbələrdə və şəhərdən uzaqda olan rayonlarda yerləşir. Hazırda ən ucuz mənzil və torpaq sahələri Qaradağ rayonundadır. Çünki orada bəzi qəsəbələrin infrastrukturu tam qurulmayıb, kommunal problemlər var, evlər əsas yoldan çox kənarda yerləşir. Bu baxımdan həmin ərazilərdə qiymət çox ucuzdur».

Yay aylarında mənzil bazarında qiymətlərin necə dəyişməsinə gəlincə, N.İbrahimov bildirdi ki, adətən may ayında və iyunun birinci dekadasında qiymətlərdə stabillik müşahidə olunur: “Lakin sonradan iyunun növbəti dekadalarından başlayaraq avqust ayının ikinci dekadasına qədər qiymətlərdə nisbi azalma müşahidə edilir. Ancaq avqustun sonundan başlayaraq kirayə bazarında canlanma yaşanır. Sentyabr ayında isə bazarda aktivlik artır. Son zamanlar sosial mənzillərin satışa çıxarılması da mənzil bazarına ciddi bir təsir göstərmədi. Çünki həmin mənzillərin alıcı kontingenti bu bazarla əlaqələri olmayan bir qrupdur. Ona görə də onların bazara hər hansı təsiri hiss olunmur. Bakının bəzi rayonlarında köhnə binaların sökülməsi və əhalinin köçürülməsi prosesi isə əsasən kirayə mənzil bazarına təsir edir və qiymətlər artır. Kirayə bazarında 2015 və 2016-cı illərdə qiymətlər kifayət qədər düşmüşdü. 2017-ci ildən başlayaraq əvvəlki qiymətlər bərpa olunmağa başlayır”.

Ekspert hesab edir ki, Bakı mənzil bazarındakı qiymətlərə görə artıq əvvəlki qədər bahalı şəhər sayılmır: “2014-cü ilin sonuna qədər Bakı bahalı şəhər hesab olunurdu. Mənzil qiymətlərinə görə, Bakı Moskva, Riqa və Kiyevdən sonra 4-cü yerdə gəlirdi. İndi isə artıq 8-ci yerə düşüb, qiymətlər ucuzlaşıb».

Daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı isə “Yeni Müsavat”a açıqlamasında ən bahalı mənzillərin Səbayel rayonu ərazisində olduğunu vurğuladı: “Bu, artıq uzun illərdir dəyişməyən tendensiyadır. Şəhərin mərkəzi istər yeni, istərsə də köhnə tikililərdə olan mənzillərin qiymətlərinə görə ən bahalı ərazi sayılır. Səbayel rayonunda bahalı mənzillər ”Sahil" metro stansiyası ətrafından başlayır və Dəniz vağzalı ərazisinə qədər davam edir. Torpaq qiymətlərinə gəldikdə isə şəhərin müxtəlif ərazilərində torpaq sahələri olduqca bahadır. Mərkəzi və dənizkənarı ərazilərdə torpaqlar həddindən artıq baha satılır. Ancaq rayonlar üzrə müqayisə etsək, hazırda ən bahalı torpaq sahələri Səbayel, Nəsimi və Nərimanov rayonları ərazisində qeydə alınır. Səbayel rayonunun mərkəzi hissələri, Nəsimi rayonunun mərkəzə yaxın hissələri, Nərimanov rayonunun isə daha çox “Gənclik”, Fətəli xan Xoyski, Ağa Nemətulla, Atatürk prospekti, İnqilab, Həsən Əliyev və sair küçələrində torpaq bahadır".

R.Osmanlı onu da vurğuladı ki, yay ayları mənzil bazarı üçün xarakterik olan bir dövr deyil: “Payıza doğru qiymətlərin müsbət istiqamətdə dəyişəcəyi ehtimalı böyükdür. Kəskin bahalaşma olmasa da, nisbi qiymət dəyişmələri baş verə bilər”.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031