Xəbər lenti
20-fev-2019 / ( 17:00 )
20-fev-2019 / ( 16:45 )
20-fev-2019 / ( 16:30 )
20-fev-2019 / ( 16:19 )
20-fev-2019 / ( 16:09 )
20-fev-2019 / ( 15:55 )
20-fev-2019 / ( 15:42 )
20-fev-2019 / ( 15:30 )
20-fev-2019 / ( 15:23 )
20-fev-2019 / ( 15:12 )
20-fev-2019 / ( 14:59 )
20-fev-2019 / ( 14:47 )
20-fev-2019 / ( 14:39 )
20-fev-2019 / ( 14:31 )
20-fev-2019 / ( 14:22 )
20-fev-2019 / ( 14:13 )
20-fev-2019 / ( 14:05 )
20-fev-2019 / ( 13:51 )
20-fev-2019 / ( 13:39 )
20-fev-2019 / ( 13:26 )
20-fev-2019 / ( 13:14 )
20-fev-2019 / ( 13:00 )
18-fev-2019 / ( 16:02 )
18-fev-2019 / ( 15:47 )
18-fev-2019 / ( 15:35 )
18-fev-2019 / ( 15:21 )
18-fev-2019 / ( 15:09 )
18-fev-2019 / ( 14:55 )
18-fev-2019 / ( 14:43 )
18-fev-2019 / ( 14:30 )
18-fev-2019 / ( 11:49 )
18-fev-2019 / ( 11:38 )
18-fev-2019 / ( 11:27 )
18-fev-2019 / ( 11:11 )
18-fev-2019 / ( 10:58 )
18-fev-2019 / ( 10:42 )
18-fev-2019 / ( 10:28 )
18-fev-2019 / ( 10:16 )
18-fev-2019 / ( 10:07 )
18-fev-2019 / ( 09:54 )
18-fev-2019 / ( 09:39 )
18-fev-2019 / ( 09:30 )
18-fev-2019 / ( 09:16 )
18-fev-2019 / ( 09:00 )
17-fev-2019 / ( 12:43 )
17-fev-2019 / ( 12:30 )
17-fev-2019 / ( 12:16 )
17-fev-2019 / ( 12:05 )
17-fev-2019 / ( 11:35 )
17-fev-2019 / ( 11:23 )
17-fev-2019 / ( 11:11 )
17-fev-2019 / ( 10:59 )
17-fev-2019 / ( 10:43 )
17-fev-2019 / ( 10:28 )
17-fev-2019 / ( 10:15 )
17-fev-2019 / ( 10:02 )
17-fev-2019 / ( 09:47 )
17-fev-2019 / ( 09:31 )
Tarix: 10-05-2018, 09:08

Avstriyanın Vyana Təbiət Tarixi Muzeyinin (VTTM) meteorit kolleksiyası üzrə koordinatoru, Beynəlxalq Meteoritlər Cəmiyyətinin üzvü, professor Ludovic Ferriere AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olub.
Qonağa rəsədxananın tarixi, fəaliyyət istiqamətləri, teleskopları və hazırda yerinə yetirilən elmi-tədqiqat işləri barəsində məlumat verilib, birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində L.Ferriere ŞAR-ın seminarında çıxış edib. Tədbiri ŞAR-ın elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev açaraq qonağı iştirakçılara təqdim edib. E.Babayev bildirib ki, avstriyalı alimin səfərinin əsas məqsədi ŞAR-ın Astronomiya Muzeyində qorunub saxlanılan Yardımlı meteoritinin müasir texnologiyalarla yenidən analizi, həmçinin digər meteoritlərlə bağlı məlumatların zənginləşdirilməsi və dəqiqləşdirilməsidir. Bundan əlavə, 1906-cı ildə tapılmış Kulp meteoritinin ermənilərin iddialarının əksinə olaraq, Azərbaycana məxsusluğunun dəlillərlə sübut edilməsi də planlaşdırılır.
Daha sonra qonaq seminarda “Meteoritlər və onların Yer üzərindəki zərbə kraterləri: biz onlardan nə öyrənirik?” mövzusunda məruzə ilə çıxış edib. O, əvvəlcə dünyanın unikal eksponatlarının saxlanıldığı VTTM haqqında məlumat verib. Qeyd edib ki, əsası 1876-cı ildə qoyulan VTTM dünyanın ən çox nadir kolleksiyası olan muzeylərindən biridir: “Burada müxtəlif elm sahələrinə aid milyonlarla eksponat saxlanılır. Muzeyin minerallar və meteoritlər şöbəsində minlərlə meteorit nümunəsi var”.
Azərbaycan ərazisindən tapılan meteoritlərdən danışan natiq vurğulayıb ki, 1891-ci ildə Ağcabədi rayonu ərazisindən aşkarlanan Hindarx meteoritinin kiçik hissələri dünyanın bir çox muzeylərində, o cümlədən Vyana Təbiət Tarixi Muzeyində də saxlanılır.
Daha sonra L.Ferriere Yer üzərindəki zərbə kraterləri, onların yayılma arealından və ekspedisiyalarından bəhs edib.
"Report"
Axtariş
Redaktor seçimi
Ən çox oxunanlar
16-02-2019 16:18

13-02-2019 09:00

13-02-2019 10:15
