Son xəbərlər:
Bayram günləri işə çağırılan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA                        Kəmaləddin Heydərov: Yanğın artıq məhdudlaşdırılır, alovun qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb                        Bakının Nizami rayonu ərazisindəki yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub                        Qiyamət günü yalnız bu MƏKAN "DAĞILMAYACAQ" - FOTOLAR                        Yardımlı qara büründü - Möhtəşəm GÖRÜNTÜLƏR - FOTO                        Daha bir meyxanaçı ilə bağlı üzücü xəbər                        Türkiyə Moldovanı darmadağın etdi                        Gəncədə iki maşın toqquşdu, yaralılar var - FOTO                        Dünya çempionumuzun qardaşı yol qəzasında öldü - Video                        Heydər Əliyev: Hansısa bir terrorçu gülləsi... - Video                        Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq                        Bu gün vəfat edən sənətkarımızla bağlı ağrılı fakt - Video                        Bakıda avtomobil yük maşınına çırpıldı: ölən var                        Aprel ayından müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq                        Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub                        Ana doğuş zamanı öldü: Yaxınları xəstəxanaya hücum çəkdi                        Fransada teatr tamaşasında xalq mahnılarımız ifa olunub                        Kikboksçumuz Almaniyada qələbə qazanıb                        Tarkana 5 milyon təklif olundu - 8 aylıq...                        Trampın Colan yüksəklikləri barədə qərarının tarixi açıqlandı                        Keçmiş məhbəs yoldaşları Əli İnsanovla görüşdü - FOTO                        “Idai” qasırğası nəticəsində ölənlərin sayı 700-ü keçib                        Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür                        Azərbaycan döyüşçüsü nüfuzlu “M-1 Challenge 101” turnirində çıxış edəcək                        Tarkana 5 milyon təklif olundu                        Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb                        Necati Şaşmaz: "Hər zaman keşikdəyik"                        O dünyadan qayıdan 9 adam - FOTOLAR                        Pakistan-Hindistan gərginliyi: Sərhədə raketlər yerləşdirildi                        Millimizin baş məşqçisi jurnalistlərdən futbolçu istədi                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-mar-2019 / ( 22:19 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 3-05-2018, 08:18

Mayın 2-də Beynəlxalq Muğam Mərkəzində qala-gecəsi və III Buktreyler Festivalı qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimi açan tədbirin təşkilatçısı Ruslan Sabirli qeyd edib ki, festival “Kitabı tanıdın, kitabla tanının!” devizi altında keçirilir. Layihənin əsas məqsədi kitabların və mütaliənin cəmiyyətdə təbliği, mütaliəyə münasibətdə yaradıcı üsulların dəstəklənməsi və inkişafı, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznes sahələrində tərəqqisidir. Üçüncü ildir ölkəmizdə keçirilən bu festivalı böyük maarifləndirici layihədir. Ruslan Sabirli tədbirin yüksək səviyyədə təşkilində verilən dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Bildirilib ki, festivalın münsiflər heyətinə tanınmış mədəniyyət xadimləri – PEN-klubun prezidenti, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev, kino rejissoru, ssenarist, Xalq Artisti Oqtay Mirqasımov, ssenarist, Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin filmlərin təbliği və qeydiyyatı bölməsinin müdiri, Əməkdar Mədəniyyət İşçisi Yusif Şeyxov, Əməkdar artistlər Mehriban Zəki və Murad Dadaşov daxil ediliblər.

Festivalın yekunlarına görə, birinci yeri Tural Kərimovun “Kitab və qutab” qısametrajlı filmi tutub. O, 1000 manat məbləğində baş mükafata layiq görülüb. Firdovsi Nəbiyevin “Şahid” və Cavad Nuriyevin “İkimizin hekayəsi” treylerləri ikinci yeri bölüşüb. Bu ekran əsərlərinin müəllifləri 800 manat məbləğində mükafat alıblar. “Sərdar Tağıyevin “Almafobiya”, Binyamin Sailovun “Can nənə, bir nağıl de” və Eynulla Dadaşovun “Bulud bağçaları” əsərləri 3-cü yerə layiq görülüblər. Onların hər biri 500 manat məbləğində mükafatlandırılıblar.

Qeyd edək ki, fərqlənənlərin hamısına festivalın sponsorları “Azərcell” şirkətinin və “Libraff” kitab mağazaları şəbəkəsinin qiymətli hədiyyələri də təqdim edilib.

Əməkdar Artist, xanəndə Fərqanə Qasımova gecənin qonaqları qarşısında çıxış edib.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031