Son xəbərlər:
Mozambikdə qasırğada ölənlərin sayı 446 nəfərə çatıb                        Aydın Xırdalanlı son mənzilə yola salınıb - FOTO                        Xanım müğənnidən şok açıqlama - "Onunla bir gecəlik münasibətimiz oldu"                        "Mançester Yunayted"in təklifinə “yox” dedi                        Kiyevdə dahi şairimiz Səməd Vurğun anılıb                        Zakir Həsənov ABŞ-a səfər edəcək                        Sabah hava buludlu olacaq, arabir yağış yağacaq                        Nanədən illər sonra etiraf: "Türkiyədə məni…"                        "Erməni konyakı"nın müəllifi ermənilər yox, Azərbaycan almanlarıdır-Alman alimindən iddia                        Doğulduğu gün çəkisiylə dünyanı şoka salan adam indi polisdə işləyir - FOTOLAR                        Aygün Səmədzadənin əsərləri Türkiyədə canlanma və coşqu yaratdı… – FOTO                        İndoneziyada 5,4 bal gücündə zəlzələ olub                        Tereza Meyi devirməyə cəhd edirlər                        Aydın Xırdalanlı son mənzilə yola salınır - FOTO                        Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib                        “Disneyland”də “silah səsləri” vahimə yaratdı .                        Pakistanda “Yaşasın Azərbaycan” sədaları                        İlham Əliyev Yunanıstana məktub göndərdi                        “Top Model Azerbaijan 2019”-dan maraqlı görüntülər                        Aleyna Tilki Bakıda- VİDEO...                        "Telmandan soruşdum, bəs Monika Belluçi nə edəcək, dedi ki..."                        "Boeing"in səhmləri 40 mlrd. dollardan çox ucuzlaşdı                        Mehman Əhmədli Aydın Xırdalanlının ölüm xəbəri barədə: “Belə zarafat olar?!”                        110 çoban bir hücumda öldürüldü                        "Sən kimsən ki, bir metr irəli gəlmisən? İşdən qovuldun!"                        "Avro-2020": Bu gün seçmə mərhələnin I turuna yekun vurulacaq                        “Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - deputatdan çağırış-təklif                        Terrorçu Öcalanı dəstəkləyən “kürd” adlananlar Ermənistan bayrağı altında Novruz keçirdi...                        Cavanşir Məmmədov "Ulduzlu yayım"-da - "Yağdır mövlam su" - VİDEO                        “Netflix” yayım şirkəti “Apple” ilə əməkdaşlıqdan imtina edib                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-mar-2019 / ( 00:14 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
23-mar-2019 / ( 20:46 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 30-03-2018, 20:26
“Bakı Marafonu-2018” üçün 3 min nəfər qeydiyyatdan keçib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu-2018” üçün qeydiyyat davam edir.

Mayın 13-də “Küləyə qalibgəl” şüarı altında təşkil olunacaq yarımarafon üçün artıq 3 min nəfər qeydiyyatdan keçib.

İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyan “Bakı Marafonu-2018” layihəsinin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək.

“Bakı Marafonu-2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

16 yaşdan yuxarı hər kəs əvvəlcədən qeydiyyatdan keçərək yarımarafona qoşula bilər. Yarışda iştirak etmək istəyən şəxslər mayın 5-dək Bakının ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu-2018”in saytına (www.baku.marathon.az) müraciət edə bilərlər. Bu zaman qeydiyyat formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 manatdır. Korporativ qoşulanlar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 manat ödəməlidi. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından tələbələr qeydiyyat zamanı ödəniş etməyəcəklər.

“Bakı Marafonu-2018”dən toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

“Bakı Marafonu-2018”in mükafatlandırma mərasimi iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 min manat, 2-ci yerin qalibi 2 min manat, 3-cü yerin qalibi isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

Bununla yanaşı, kişi və qadın kateqoriyaları üzrə 4 -10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr veriləcək. O cümlədən bütün marafon iştirakçılarına və marafon yarışının təşkilində dəstək göstərən könüllülərə təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Bakıda 2016 və 2017-ci illərdə təşkil olunan yarımarafonlarda 20 mindən çox iştirakçı qeydiyyatdan keçib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə keçirilən bu yarışlara Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, İspaniya, Fransa, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çex Respublikası, Meksika və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, “BP Azərbaycan” şirkətinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının nümayəndələri də qoşulub. Yarımarafonlarda ABŞ, Avstriya, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Fransa, Rusiya, Polşa, İran, Ukrayna, Gürcüstan, Keniya və digər ölkələrdən turistlər də iştirak edib. Layihə region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci il sentyabrın 17-də Gəncə şəhərində də yarımarafon təşkil olunub.



Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar