Son xəbərlər:
Tahir İmanov: “Məhəllə”miz dəyişir, dəyişməyən təkcə Eliş və Roşkadır                        “Bu, mənim naməlum uşaq qəbri ilə söhbətimdir...” Afaq Bəşirqızı Xocalıyla bağlı elegiya hazırladı                        Sabah 8 ballıq zəlzələ olacaq? - Qurban Yetirmişli açıqladı                        İdilliya Biret Soçidə konsert verəcək                        “İsa Cavadoğlu yaradıcılığı ədəbi proseslərdə” kitabı nəşr olunub                        Hökumətdən problemli kreditlərlə bağlı vacib tapşırıq - AÇIQLAMA                        Daha 5 “ABAD”çı ailəsinin qida məhsulları satışa çıxarılıb                        Şəki və Oğuz sakinlərindən ov tüfəngləri götürüldü                        Bir şəklin tarixçəsi: Elçibəy niyə özünün deyil, jurnalistin maşınında gəzirdi?..                        “Barışsaq, bir kişi oğlu deməsin ki, qeyrətin necə götürdü?!”                        "Anamın ölüm anını telefonla çəkdim" - Əməkdar artist                        Mir Cəfər Bağırovun ölümündən 60 il sonra basdırıldığı qəbir - FOTOLAR - VİDEO                        Arda Turandan arvadına: “Əziyyət çəkməliyəm ki, 4-5 uşağımız olsun”                        Sabahın hava proqnozu                        Elşad İsgəndərovun Türkiyəyə girişi qadağan olunub                        İlkin Həsəni ilə komandasını Zərdab və Balakənə buraxmadılar                        Türkiyədə məktəbdə kütləvi zəhərlənmə baş verib                        Eldəniz Elgünün reportajı: Habil Vəliyevin anasının əfv istəyi…                        Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir                        “VAZ” avtomobilləri İranda istehsal oluna bilər                        Hindistan Pakistanın terror aktının araşdırılması ilə bağlı təklifini rədd edib                        Damar xəstəliyi olan gənc qıza böyrək köçürülüb                        Sankt-Peterburqda “Ədalət mühakiməsinin elektron tərəzisi” doktrinasının təqdimat mərasimi keçirildi                        Mərhum diktor Rafiq Hüseynova barelyef qoyuldu - FOTO                        Rusiya ilə Gürcüstan arasında danışıqların növbəti mərhələsi fevralın 27-də Praqada keçiriləcək                        Martın 19-da keçiriləcək hərracda 99 dövlət əmlakı üzrə seçim imkanı var                        Rüstəm İbrahimbəyov Azərbaycanı tərk etdi                        Sabah Ay Yerə ən yaxın məsafədə olacaq                        “Mançester Yunayted” klubu hücumçusu Romelu Lukakunu satmaq niyyətindədir                        Silahlı münaqişə zonalarında hər il 100 min uşaq öldürülür                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
20-fev-2019 / ( 14:31 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-fev-2019 / ( 09:39 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 30-03-2018, 14:45

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə M.F.Axundzadə adına Milli Kitabxanada 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş kitab sərgisi açılıb.

Kitabxanadan Azərtac-a bildirilib ki, 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş sərgidə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək bildirib ki, hər il martın 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu il Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına əsasən respublikanın müxtəlif regionlarında silsilə tədbirlər reallaşdırılır. Qeyd edilib ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən və “böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər.

Professor bir sıra tarixi faktlara istinad edərək Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırımı siyasətindən ətraflı bəhs edərək qeyd etmişdir ki, erməni daşnak partiyasının havadarlığı ilə ötən əsrin əvvəllərindən etibarən bu günə qədər Azərbaycan torpaqlarında günahsız insanların qanı tökülmüşdür.

Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradıldığını bildirən T.Kərimov deyib ki, hər il martın 31–də Quba və ətraf rayonların ictimaiyyət nümayəndələri, Bakı şəhərindən və ölkəmizin digər bölgələrindən gələn, müxtəlif təşkilatları təmsil edən həmvətənlərimiz Quba soyqırımı məzarlığına təşkil edilən yürüşdə iştirak edərək soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırlar.

Bu mövzuda kitabların sayının çoxalmasının vacibliyini söyləyən natiq beynəlxalq kitab sərgilərində bu cür nəşrlərlə çıxış etdiklərini, Milli Kitabxananın da bu məqsədlə metodik və biblioqrafik vəsait hazırladığını qeyd edib.

Milli Kitabxananın direktor müavinləri Ədibə İsmayılova və Mələk Xanım Hacıyeva çıxış edərək mart qırğınlarından söz açıblar.

Milli Kitabxananın şöbə müdiri, şairə Səyyarə Məmmədli çıxış edərək öz şeirini səsləndirib.

Sonda tədbir iştirakçıları Milli Kitabxana tərəfindən təşkil olunmuş Azərbaycan və xarici dillərdə kitablar, şəkillər, qəzet və jurnal materiallarından ibarət geniş sərgi ilə tanış olublar.

Həmçinin Milli Kitabxananın nəzdində fəaliyyət göstərən açıq kitabxanada Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin IV kurs tələbələrinin iştirakı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Açıq kitabxananın əməkdaşları tərəfindən tələbələrə ermənilərin dünyada misli görünməyən, insanlığa sığmayan soyqırımı haqqında məlumat verilib.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
Ən çox oxunanlar