Son xəbərlər:
Kosmosda dövlət quran azərbaycanlı milyarder haqq qoydu - Vətəndaşlıq üçün ildə 100 avro                        Arxeoloqlar Misirdə ana və körpəsinin məzarını aşkar ediblər                        Azərbaycan qonşu Gürcüstan və Türkiyənin əsas təbii qaz təminatçısıdır                        Görkəmli aktyor Həsən Turabovun xatirəsi anılıb                        Amerikanı fəth edən azərbaycanlı zabit kimin oğludur? - FOTOLAR                        Abel Məhərrəmovun vəzifədən çıxarılmasının əsas səbəbi- VİDEO                        Tramp göstəriş verdi: "Fətullah Gülən Türkiyəyə ekstradisiya edilsin"                        Diktatorun ölümünə səbəb olduğu yəhudi qızla fotosu rekord qiymətə satıldı                        “İcra başçısı məndən bir qapının açılması üçün 30 min manat pul istəyir” - Millət vəkili                        Seçki İrəvana neçəyə başa gələcək?                        Avropada ən çox məvacib ödəyən 10 futbol klubu - SİYAHI                        Alim Qasımov və Fərqanə Qasımova London teatrının səhnəsində çıxış ediblər                        Sevgilisi üçün 2 uşağını qaynar suya atdı                        "Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"                        Gürcüstan vətəndaşı 290 il müddətinə həbs edildi                        Səudiyyə Türkiyəni ittiham etdi                        ABŞ-ın Səudiyyəyə sanksiyası başladı                        XİN-dən Saakyanın Fransa səfərinə münasibət                        Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib                        Ronaldo nişanlandı - Fotolar                        Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi                        Qarabağın Azərbaycanlı İcmasından sərt bəyanat                        Fransa beynəlxalq hüquqa qarşı: bu ölkə həmsədrlikdən çıxarılmalıdır                        İrəvan reallığı dərk edib, siyasətini dəyişməlidir - Kılıç                        BDU-da seminar: dillə bağlı fərman müzakirə edildi                        Avropanın yaş ortalamasına görə ən yaşlı futbol liqası və klubu müəyyənləşib                        Ən etibarlı avtomobillər - Siyahı                        “Biz İranla dostluq əlaqələri qurmağa hazırıq...”- Separatçı erməninin arzusuna cənub qonşumuz necə cavab verəcək?..                        Qaşıqçını öldürmək əmrini kim verib?                        Hər çəkilən siqaret insan ömrünü 11 dəqiqə azaldır                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-noy-2018 / ( 20:17 )
 
 
 
 
15-noy-2018 / ( 19:25 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-noy-2018 / ( 15:22 )
 
 
 
 
 
 
 
15-noy-2018 / ( 14:13 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 28-01-2018, 21:07

Bu il Azərbaycan Gimnastika Federasiyası zəngin tədbirlər planı ilə bütün diqqəti yenidən öz üzərində toplayacaq.

2018-ci ildə dünya kubokları ilə yanaşı, federasiya ilk dəfə aprelin 12-15-də batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatını da təşkil edəcək. Milli Gimnastika Arenasında keçiriləcək 26-cı Avropa çempionatında böyüklərin proqramında 25, gənclərin yarışında isə 26 ölkənin iştirakı və hər üç növ üzrə idmançıların ümumi sayının 400-dən çox olacağı gözlənilir.

Gimnastlar üçün doğma məkana çevrilmiş arenada dörd gün davam edəcək qitə çempionatında gimnastikanın dörd növü - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu üzrə yarışlar təşkil olunacaq.

Çempionatın birinci və ikinci günlərində həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri və komandalar arasında final yarışları keçiriləcək.

Aprelin 14-də gimnastlar gənc və böyüklər üzrə sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edəcəklər. Avropa və dünya çempionatlarının formatına əsasən, fərdi proqramda təsnifat iki mərhələdən ibarət olduğundan çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan əvvəl ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarımfinal mərhələsi də təşkil ediləcək.

Turnirin sonuncu günündə isə hər dörd növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) mükafatçıların adları məlum olacaq.

Avropa çempionatının əsas xüsusiyyəti odur ki, gənc gimnastlar bu il keçiriləcək gənclər arasında Olimpiya, böyük gimnastlar isə II Avropa Oyunlarına lisenziyanı məhz Bakıda qazanacaqlar.

Çempionata biletləri Milli Gimnastika Arenasının kassasından əldə etmək mümkündür. Yarışların ilk iki günü üçün biletlərin qiyməti 10, son iki günü üçün isə 15 manatdır.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930