Son xəbərlər:
Türkiyə ordusunun hərbçisi Suriyada həlak olub                        Çarter reyslə 175 Azərbaycan vətəndaşı Moskvadan Bakıya gətirilib                        Litvada koronavirusdan ölənlərin sayı 66 nəfərə çatıb                        Planetin 29 yaşa qədər hər 6 sakinindən biri işsiz qalıb                        Amerikanın “Newsweek” jurnalı ikili standartlar və Ermənistanın işğalçı siyasəti barədə məqalə dərc edib                        Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı                        Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib                        "Ramil Səfərovun əfvi terrorçu Varujan Qarabedyanın əfv edilməsinə cavab idi..."                        Dubay aeroportu tranzit uçuşların qəbul olunmasını da bərpa edəcək                        Azərbaycanda indiyədək 280 mindən çox koronavirus testi aparılıb                        Xalq artistinin İnstaqram hesabı təsdiqləndi - FOTO                        Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib                        Kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə xidmət edir                        İt döyüşləri təşkil edən 6 nəfərin kimliyi müəyyənləşdirilib                        Latviyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib                        “Bu işdə özümə qadağalar qoyuram” - Aygün Kazımova                        Azərbaycanda koronavirusa daha 165 yoluxma faktı qeydə alınıb, 78 nəfər sağalıb                        Azərbaycanda məktəbdaxili qiymətləndirmələrin vaxtı məlum olub                        “Talıb Taleh mənə 5 minə mahnı satıb” - Vəfa Şərifova                        Azərbaycandan İrana 19 məhbus ekstradisiya olundu                        Vilyam Hacıyevin ittiham olunduğu maddələr açıqlandı                        Dünən Azərbaycana qayıdan Damla karantinə alındı                        Vladimir Zelenski Azərbaycan Prezidentini təbrik edib                        Sabah Azərbaycanda hərarət 35 dərəcəyə yüksələcək                        Bu il Məhərrəm ayının başlayacağı tarix açıqlandı                        Atom bombasının sirrini ruslara satdığı deyilən amerikalı alim - Oppenheymerin arvadı kommunist olub                        "Murad Dadaşov telekanala gələndən sonra da Bədii Şura üzvləri ora dəvət edilməyib”                        Ukraynada son sutkada 321 nəfər koronavirusa yoluxub                        Rusiyada ötən gün 8 min 338 nəfər koronavirusa yoluxub                        “Azərbaycan Xalq Cümhuriyyəti” adlı sərgi virtual rejimdə təqdim olunub                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
26-may-2020 / ( 20:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
26-may-2020 / ( 17:21 )
 
 
 
 
Tarix: 5-05-2020, 20:02
Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilibMəlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının yayılması ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsidir. Fondun vəsaitlərinin xərclənməsinə nəzarət məqsədilə aprel ayının 11-də Baş Nazirin müvafiq Sərəncamı ilə İctimai Nəzarət Şurası yaradılıb və fondun vəsaitinin sərəncamçısı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edilib. İctimai Nəzarət Şurasının əsas fəaliyyəti fonda toplanmış vəsaitdən istifadə zamanı şəffaflığa və maliyyə hesabatlılığına nəzarət etmək, həmçinin ictimaiyyətin bununla bağlı mütəmadi məlumatlandırılmasını təmin etməkdir.

Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, mayın 5-də Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib. İclasda fondun fəaliyyəti, toplanmış maliyyə vəsaitlərinin təyinatı üzrə istifadəsi zamanı şəffaflıq və hesabatlılıq məsələləri müzakirə olunub.

Bildirilib ki, ianələrin məbləğindən və ödənişi həyata keçirənin sosial statusundan asılı olmayaraq fonda toplanan vəsaitlər haqqında məlumat ictimaiyyətə açıqdır və gündəlik olaraq rəsmi internet saytında (http://covid19fund.gov.az/az/) yerləşdirilir. İctimaiyyətin bütün təbəqələrindən olan vətəndaşlar, hüquqi və fiziki şəxslər, sahibkarlar ölkə üçün hazırkı çətin sınaq dövründə həmrəylik nümayiş etdirərək Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödəmələr həyata keçirirlər. 2020-ci il 4 may tarixinə fonda edilən ianələrin ümumi məbləği 113 milyon manat, 157 min ABŞ dolları, 87,5 min avro və 150 min rubl təşkil edir.

Qeyd edək ki, fonda toplanan vəsaitlərin koronavirusla mübarizəyə - xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə yönəldilməsi nəzərdə tutulur. Fonda vəsaitlərin toplanması və ondan təyinatı üzrə istifadə məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində xüsusi xəzinə hesabı açılıb və bu vəsaitlərdən istifadə edilməsi Nazirlər Kabinetinin müəyyən etdiyi gəlir və xərclər smetası əsasında həyata keçirilir. İndiyədək fonda toplanmış vəsaitlərdən hər hansı formada istifadə edilməyib.

Tədbirin sonunda KİV nümayəndələrinin sualları cavablandırılıb.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
{sape_links}{sape_article}