Son xəbərlər:
ABŞ-da son sutkada 1307 nəfər koronavirusdan ölüb                        Neft Daşlarında dalğanın hündürlüyü 3.2 metrə çatıb                        "10 sot torpaq aldım, amma aldadıb vermədilər" - Sevda Ələkbərzadə                        Siyavuş Novruzov: "YAP həbs edilən məmurlarla bağlı qərarını onların məhkəməsindən sonra verəcək"                        İran DÇ-2022 üçün Qətərə kömək etməyə hazır olduğunu bildirib                        Bakıda 12 metrlik avtobuslar xəttə buraxıldı                        Nazirliyin 40 əməkdaşı işdən çıxarıldı                        Böyük Britaniyaya gedənlər 14 gün karantində qalacaqlar                        Türkiyədə qəzada 3 azərbaycanlı öldü                        Azərbaycanda daha 127 nəfər koronavirusa yoluxub, 107 nəfər sağalıb, 3 nəfər ölüb                        Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirildi -                        Naxçıvanın yeni Baş Naziri o oldu                        Bayram günü güclü külək əsəcək                        Külək elektrik xətlərinə ziyan vurdu - Fotolar                        Bu gündən Azərbaycanda 8 günlük tətil başlayır                        DOST rəsmi saytını təqdim etdi                        WhatsApp-da yeni funksiya işə düşəcək                        Fidan Hacıyevaya daha bir vəzifə verildi - Foto                        Prezident yeni icra başçılarını videoformatda qəbul etdi.                        Temperatur 10 dərəcə enəcək - Nazirlikdən xəbərdarlıq                        Prezident Rüstəm Usubovu təltif etdi                        Əbülfəs Qarayev vəzifəsindən azad edildi                        Sabah 36 dərəcə isti olacaq                        Britaniyada koronavirusdan ölənlərin sayı 35 mini keçdi                        Çində koronavirusla bağlı son vəziyyət açıqlandı                        Poroşenkoya qarşı cinayət işi açıldı                        İngiltərə futbol klubunun məşqçisi koronavirusa yoluxdu                        Biləsuvarda 4 otaqlı ev yanıb                        Moskvada daha 75 nəfər koronavirusdan öldü                        Açıq havada toy keçirilə bilər? - Rəsmi açıqlama                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
21-may-2020 / ( 19:59 )
 
 
 
 
 
 
 
21-may-2020 / ( 13:24 )
 
 
 
 
 
20-may-2020 / ( 01:32 )
 
 
 
 
 
 
 
 
 
 
18-may-2020 / ( 19:02 )
 
 
 
 
 
 
18-may-2020 / ( 13:20 )
 
18-may-2020 / ( 13:17 )
 
18-may-2020 / ( 11:42 )
 
 
 
 
16-may-2020 / ( 13:42 )
 
 
 
 
 
 
 
 
 
Tarix: 10-02-2020, 15:37
İlham Əliyev “Dübəndi” yarımstansiyasının açılışında - YENİLƏNİB -FOTOLARFevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyanın açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada burada görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar enerji sektorunun inkişafında da özünü aydın şəkildə göstərir. Respublikanın sosial-iqtisadi tərəqqisinin təmin edilməsində mühüm elementlərdən olan bu sahənin inkişafına son dövrlərdə çox böyük diqqət yetirilir. Ölkəmizin elektrik enerjisi təsərrüfatında köklü islahatlar həyata keçirilməklə bu proses davamlı xarakter alıb, enerji sisteminin etibarlılığının təmin olunması və bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər hazırda da davam etdirilir.

“Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində, Xəzər və Pirallahı rayonlarında yeni tikilən sosial və sahibkarlıq obyektlərinin, inkişaf edən sənaye, kənd təsərrüfatı, turizm müəssisələrinin, əhalinin artan tələbatını təmin etmək, qısaqapanmaları və sistem qəzalarını aradan qaldırmaq üçün yenidən qurulan “Dübəndi” yarımstansiyasının transformatorları daha güclü və yeniləri ilə əvəz edilib, mikro SCADA sistemi yaradılıb. Nəticədə güc defisiti aradan qaldırılmaqla yanaşı, etibarlılıq və dayanıqlılıq təmin edilib. Avadanlıqların açıq tiplidən qapalı tipliyə keçirilməsi yarımstansiyanı atmosfer şəraitinin təsirinə məruz qalmaq təhlükəsindən qoruyur. Yenidənqurma zamanı 63 MVA gücündə iki yeni transformator bina daxilinə yerləşdirilib ki, bununla həm də yarımstansiyanın gücü 126 MVA-ya çatdırılıb. Burada aparılan işlər zamanı Xəzər və Pirallahı rayonlarının perspektiv sosial-iqtisadi inkişafı nəzərə alınıb. İstehlakçıların enerji təchizatında fasilə yaranmaması üçün yenidənqurma işləri xüsusi rejimdə yarımstansiyanın fəaliyyəti dayandırılmadan icra olunub. Bu yarımstansiya Bakıətrafı kənd və qəsəbələrin çox hissəsini, Pirallahı Sənaye Parkı, qaçqın və məcburi köçkün şəhərciyi, kabel zavodu, “Zirə Ekopark” kompleksi və digər yerlərin enerji təchizatını təmin edəcək.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

1953-cü ildə istifadəyə verilən və istismar müddəti başa çatan bu yarımstansiyanın avadanlıqları həddən artıq yüklənirdi ki, bu da istənilən zaman sistemdə qəza vəziyyətinin yaranmasına səbəb ola bilərdi. Yarımstansiya Xəzər dənizinə yaxın ərazidə yerləşdiyindən nəm və küləkli hava şəraitində də burada tez-tez qısaqapanmalar olurdu. Ona görə də “Dübəndi” yarımstansiyası sökülərək qapalı şəraitdə yeni texnologiyalar əsasında tam yenidən qurulub.

Burada yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı “Dübəndi” yarımstansiyasının işçiləri ilə görüşüb.

Yarımstansiyanın kollektivini salamlayan Prezident İlham Əliyev deyib:

“Yeni yarımstansiyanın açılışı münasibətilə sizi təbrik edirəm. “Dübəndi” yarımstansiyası indi bütün yüksək standartlara cavab verir və böyük ərazini elektrik enerjisi ilə qidalandıracaq. Əvvəlki yarımstansiyanın vəziyyəti çox acınacaqlı idi, demək olar ki, sıradan çıxmışdı. Ona görə yeni yarımstansiyanın tikintisi zəruri idi və bunu da “Azərenerji” yüksək səviyyədə təşkil edib. Beləliklə, Azərbaycan əhalisinin enerji ilə dayanıqlı təminatı işində növbəti önəmli addım atılmışdır.

Onu da bildirməliyəm ki, son illər ərzində bu sahəyə çox böyük diqqət göstərilir. Bunun sayəsində Azərbaycanda enerji təchizatı ilə bağlı bütün əsas problemlər demək olar ki, həllini tapmışdır. Son illərdə bu sahəyə göstərilən diqqət elə vəziyyət yaradıb ki, Azərbaycan artıq enerji təminatçısına çevrilib. Əvvəlki dövrlərdə biz idxaldan asılı idik. İndi isə öz tələbatımızı tam təmin edib hətta ixrac da edirik.

Hesab edirəm ki, 2020-ci il “Azərenerji” üçün, ümumiyyətlə, Azərbaycan energetikləri üçün uğurla başlayıb. İlin əvvəlində iki böyük şirkət ölkəmizdə 440 meqavat gücündə yeni külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı Azərbaycanla müvafiq sazişlər bağlamışdır. İşlər bu il başlanacaq və beləliklə, bərpa olunan enerji növləri Azərbaycanda inkişaf edəcək, bu inkişaf geniş vüsət alacaq. Eyni zamanda, bu gün bu yarımstansiyanın açılışı əlamətdar hadisədir. Bu il Mingəçevir İstilik Elektrik Stansiyasında bərpa işləri davam etdiriləcək. İlin birinci yarısında Mingəçevir İstilik Elektrik Stansiyası tam gücü ilə işləyəcək. Keçən il, ümumiyyətlə, 400 meqavat itirilmiş güclər bərpa olundu, onun böyük hissəsi Mingəçevir İstilik Elektrik Stansiyasının payına düşür. Bu il də Azərbaycanda təqribən 300-400 meqavat itirilmiş elektrik enerjisi bərpa olunacaq.

Eyni zamanda, dövlət xətti ilə bərpa olunan enerji növlərinin yaradılması işi davam etdiriləcək. Bu il də bu sahəyə vəsait ayrılacaqdır. Beləliklə, generasiya gücləri, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, bütün elektrik şəbəkəsi beynəlxalq standartlara tam cavab verəcək. Enerji təminatı hər bir ölkənin təhlükəsizliyi deməkdir, xüsusilə, Azərbaycan kimi sürətlə inkişaf edən ölkələr üçün. Təkcə keçən il qeyri-neft sektorunda 14 faizlik artım olub. Bütün bu işlər, yeni müəssisələr, fabriklər, zavodlar, artan əhali yeni enerji gücləri tələb edir. Biz də bunu yaradırıq. Azərbaycan dövləti bundan sonra da bu sahəyə diqqətini əsirgəməyəcək. Energetiklər isə öz vəzifə borclarını ləyaqətlə icra edərək ölkəmizin ümumi inkişafına bundan sonra da töhfə verəcəklər.

Bir daha sizi təbrik edirəm. Sizə yeni uğurlar arzulayıram”.

Energetiklər: “Çox sağ olun, minnətdarıq”.

Sonda xatirə şəkli çəkdirilib.

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Pirallahı rayonunda "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kV-luq "Dübəndi" yarımstansiyanın açılışında iştirak edib.

Moderator.az xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.





Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}