Son xəbərlər:
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                        İranda qum fırtınası başlayıb                        Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir                        Sabah 35 mindən çox abituriyent imtahan verəcək                        Laçının işğalından 27 il ötür                        Ramazan ayının on üçüncü gününün – DUASI VƏ TƏQVİMİ                        Prezident İlham Əliyev Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.                       
Xəbər lenti
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 17-05-2019, 16:46
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti ilə görüşüblər. Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova ilə görüşüblər.
Qafqazinform.az xəbər verir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İrina Aleksandrovna Viner-Usmanova Prezident İlham Əliyevin Sərəncamına əsasən “Dostluq” ordeni ilə təltif edilib. Dövlətimizin başçısı ordeni İrina Viner-Usmanovaya təqdim etdi.

Prezident İlham Əliyev Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanı Azərbaycanın yüksək mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik etdi və onun ölkələrimiz arasında idman və ümumilikdə dostluq əlaqələrinin inkişafındakı rolunu xüsusi vurğuladı. Prezident İlham Əliyev İrina Viner-Usmanovaya Azərbaycanda gimnastika məktəbinin yaradılması işinə verdiyi böyük töhfəyə görə də minnətdarlığını bildirdi. Dövlətimizin başçısı İrina Viner-Usmanovanın təkcə Azərbaycanda deyil, dünya idman ailəsində böyük nüfuza malik olduğunu qeyd edərək məhz onun səyləri nəticəsində Rusiya gimnastlarının da uzun illərdir yüksək nəticələr göstərdiyini vurğuladı. Prezident İlham Əliyev İrina Viner-Usmanovaya gələcək fəaliyyətində yeni-yeni uğurlar arzuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən İrina Viner-Usmanova Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən ona göstərilən diqqətdən böyük məmnunluq hissi keçirdiyini qeyd etdi. O, birinci xanım Mehriban Əliyevanın Azərbaycanda bədii gimnastika növünün əsasının qoyulmasında və inkişafında xüsusi rolunu yüksək qiymətləndirdi. İrina Viner-Usmanova Azərbaycanda bədii gimnastika növünə göstərilən qayğıdan danışaraq Bakıda çox möhtəşəm gimnastika arenasının inşa edildiyini qeyd etdi. Azərbaycana səfərlərindən məmnunluq hissini ifadə edən İrina Viner-Usmanova ölkəmizə hər gəlişi zamanı böyük inkişaf proseslərinin, yeni-yeni memarlıq nümunələrinin şahidi olduğunu vurğuladı.

Sonda xatirə şəkli çəkdirildi.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031