Son xəbərlər:
“Top Model Azerbaijan 2019”-dan maraqlı görüntülər                        Aleyna Tilki Bakıda- VİDEO...                        "Telmandan soruşdum, bəs Monika Belluçi nə edəcək, dedi ki..."                        "Boeing"in səhmləri 40 mlrd. dollardan çox ucuzlaşdı                        Mehman Əhmədli Aydın Xırdalanlının ölüm xəbəri barədə: “Belə zarafat olar?!”                        110 çoban bir hücumda öldürüldü                        "Sən kimsən ki, bir metr irəli gəlmisən? İşdən qovuldun!"                        "Avro-2020": Bu gün seçmə mərhələnin I turuna yekun vurulacaq                        “Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - deputatdan çağırış-təklif                        Terrorçu Öcalanı dəstəkləyən “kürd” adlananlar Ermənistan bayrağı altında Novruz keçirdi...                        Cavanşir Məmmədov "Ulduzlu yayım"-da - "Yağdır mövlam su" - VİDEO                        “Netflix” yayım şirkəti “Apple” ilə əməkdaşlıqdan imtina edib                        Əməkdar artist: “Biz niyə bu gündəyik?”                        Aydın Xırdalanlı vəfat etdi                        Məşhur SSRİ mahnısının ifaçısı qocalar evində vəfat etdi – FOTO/VİDEO                        Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq                        Türkiyədə əmlaka sahib olan azərbaycanlıların sayı artıb                        Hava yenidən soyuyur - Nazirlikdən xəbərdarlıq                        Sudanda prezident sarayında güclü yanğın olub                        Gəncədə avtomobillərdən oğurluq edənlər ələ keçdi                        Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu                        Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər                        Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb                        İlham Əliyev İraq prezidentinə məktub göndərdi                        Martın 23-ü Dünya Meteorologiya Günü kimi qeyd olunur                        Bakı-Ələt yolunda "Mercedes" aşdı - Bir ailənin 4 üzvü...                        “Məndə sığar iki cahan...” rəsm-müsabiqəsinin vaxtı uzadılıb                        Ağcabədidə pul və qızıl zinət əşyaları oğurlayan şəxs saxlanıldı                        BMT Qolan yüksəkliklərinin statusu barədə                        Ağ Ev: Suriya İŞİD-dən azad edilib                       
Xəbər lenti
 
24-mar-2019 / ( 00:14 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
23-mar-2019 / ( 20:46 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
22-mar-2019 / ( 20:44 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 4-03-2019, 20:23
Koordinasiya Şurasının Tehranda keçirilən 7-ci iclasında bu barədə qərar qəbul edilib
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Koordinasiya Şurasının növbəti iclası Bakıda keçiriləcək
Martın 4-də Tehranda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Koordinasiya Şurasının 7-ci iclası keçirilib.

İclasda İran və Azərbaycanla yanaşı, Türkiyə, Hindistan, Tacikistan, Qazaxıstan, Bolqarıstan, Rusiya, Belarus və Omanın nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami qeyd edib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi iştirakçı dövlətlərlə yanaşı, bütün regionun iqtisadi inkişafına böyük təkan verəcək. Beynəlxalq əhəmiyyət daşıyan bu layihənin aktiv fəaliyyətə başlamasının nəticəsində Asiya ilə Avropa qitələri arasında nəqliyyat “körpüsü” yaranacaq.

Dəmir yollarının layihə çərçivəsində xüsusi əhəmiyyət daşıdığını vurğulayan nazir bildirib ki, artıq İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemlərinin birləşməsinə çox az vaxt qalıb. Hər 3 ölkə yüklərin Asiyadan Avropaya tranzit daşınmasında mühüm rol oynayacaqlar.

Qeyd olunub ki, hələlik dəhliz vasitəsilə ildə 17 milyon ton yük daşınır. Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti istifadəyə verildikdən sonra isə daşınan yüklərin həcmi 30 ildə 30 milyon tona yüksələcək.

İclasda ölkəmizi təmsil edən “Azərbaycan Dəmir Yolları” QSC-nin tarif şöbəsinin rəisi Elxan Əsədov deyib ki, Azərbaycan dəhlizin aktiv fəaliyyətə başlaması üçün lazımi işləri həyata keçirir. Azərbaycan İran ilə birgə Astarada yük terminalının tikintisini davam etdirir. Terminal 35 hektar ərazini əhatə edir və Azərbaycan bu terminalı 25 il, eləcə də 1,4 kilometrlik dəmir yolunu 15 il müddətinə icarəyə götürəcək: “Terminal 4 bölmədən ibarətdir. Burada ümumi yüklər, konteyner, taxıl, neft və neft məhsulları üçün bölmələr olacaq. Rəşt-Astara dəmir yolu xəttinin inşası başa çatdıqdan sonra Fars körfəzi ilə Skandinaviya ölkələri arasında nəqliyyat bağlılığı yaranacaq. Azərbaycan İranın Bəndər-Abbas limanından daxil olan yükləri Qara dəniz sahillərinə də çatdırmaq imkanına malikdir”.

Rusiya, Bolqarıstan, Türkiyə, Qazaxıstan, Belarus, Hindistanın nümayəndələri çıxış edərək ölkələrinin imkanlarını təqdim etdilər.

Sonra vahid tariflərin tətbiqi, gömrük rəsmiləşməsinin elektron sistemə keçirilməsi, rüsum və vergilərin optimallaşdırılması kimi məsələlər ətrafında müzakirələr aparılıb. Qərara alınıb ki, hər ölkənin təmsilçisindən ibarət işçi qrupu yaradılsın və meydana çıxan problemlər barəsində təkliflər hazırlayıb Koordinasiya Şurasına təqdim etsin. İclasın yekunu olaraq Protokol imzalanıb.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Koordinasiya Şurasının növbəti iclasının Bakıda keçirilməsi qərara alınıb.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar