Son xəbərlər:
ABŞ-da son sutkada 1307 nəfər koronavirusdan ölüb                        Neft Daşlarında dalğanın hündürlüyü 3.2 metrə çatıb                        "10 sot torpaq aldım, amma aldadıb vermədilər" - Sevda Ələkbərzadə                        Siyavuş Novruzov: "YAP həbs edilən məmurlarla bağlı qərarını onların məhkəməsindən sonra verəcək"                        İran DÇ-2022 üçün Qətərə kömək etməyə hazır olduğunu bildirib                        Bakıda 12 metrlik avtobuslar xəttə buraxıldı                        Nazirliyin 40 əməkdaşı işdən çıxarıldı                        Böyük Britaniyaya gedənlər 14 gün karantində qalacaqlar                        Türkiyədə qəzada 3 azərbaycanlı öldü                        Azərbaycanda daha 127 nəfər koronavirusa yoluxub, 107 nəfər sağalıb, 3 nəfər ölüb                        Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirildi -                        Naxçıvanın yeni Baş Naziri o oldu                        Bayram günü güclü külək əsəcək                        Külək elektrik xətlərinə ziyan vurdu - Fotolar                        Bu gündən Azərbaycanda 8 günlük tətil başlayır                        DOST rəsmi saytını təqdim etdi                        WhatsApp-da yeni funksiya işə düşəcək                        Fidan Hacıyevaya daha bir vəzifə verildi - Foto                        Prezident yeni icra başçılarını videoformatda qəbul etdi.                        Temperatur 10 dərəcə enəcək - Nazirlikdən xəbərdarlıq                        Prezident Rüstəm Usubovu təltif etdi                        Əbülfəs Qarayev vəzifəsindən azad edildi                        Sabah 36 dərəcə isti olacaq                        Britaniyada koronavirusdan ölənlərin sayı 35 mini keçdi                        Çində koronavirusla bağlı son vəziyyət açıqlandı                        Poroşenkoya qarşı cinayət işi açıldı                        İngiltərə futbol klubunun məşqçisi koronavirusa yoluxdu                        Biləsuvarda 4 otaqlı ev yanıb                        Moskvada daha 75 nəfər koronavirusdan öldü                        Açıq havada toy keçirilə bilər? - Rəsmi açıqlama                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
21-may-2020 / ( 19:59 )
 
 
 
 
 
 
 
21-may-2020 / ( 13:24 )
 
 
 
 
 
20-may-2020 / ( 01:32 )
 
 
 
 
 
 
 
 
 
 
18-may-2020 / ( 19:02 )
 
 
 
 
 
 
18-may-2020 / ( 13:20 )
 
18-may-2020 / ( 13:17 )
 
18-may-2020 / ( 11:42 )
 
 
 
 
16-may-2020 / ( 13:42 )
 
 
 
 
 
 
 
 
 
Tarix: 23-04-2020, 15:13
Ramil Quliyev Çindən qayıtdıqdan sonra virusa yoluxmasından danışdı“Türkiyədə uşaq bayramıdır. Ona görə də bu həftənin sonunadək evdə olacağıq”.

Bunu yüngül atletikanın qaçış növü üzrə dünya və Avropa çempionu Ramil Quliyev deyib.

Türkiyə millisi adından çıxış edən Ramil Quliyev “Evdə qal, idmansız qalma” verilişində ötən il Çindəki yarışdan qayıtdıqdan sonra ağciyərlərində virusun tapılmasından danışıb:

“Ötən il çox yarışlara çıxdım. Bizim turnirlərin arasında fasilə az olur. Üç gün bir yerdə qalıb, başqa şəhərə gedirik. Günümü təyyarədə, hotellərdə, bağlı məkanlarda keçirdiyim üçün virusa yoluxdum.

Onda mənə antibiotik verdilər. Çətin dövr keçirdim. Mövsümə yenidən başlamaq lazım gəlirdi. Bir ay ərzində iki təlim-məşq toplanışında oldum. Əlimdən gələni etdim ki, əvvəlki formama qayıdım”.

Azərbaycan millisinin sabiq üzvü olan R.Quliyev dilimizdə çətinliklə danışmasına da aydınlıq gətirib:

“Bəlkə də, il ərzində toplasaq, cəmi bir ay evdə ola bilirəm. Həmişə milli komanda ilə birgə təlim-məşq toplanışında və yarışlardayam. Hər yerdə türkcə danışıram deyə, Azərbaycandan ayrılmağımdan da 10 il keçdiyi üçün öz dilimizi bir az unutmuşam. Amma təcrübə lazımdır. Kiminləsə bir ay mütəmadi danışsam, Azərbaycan dilinə qayıdaram”.

Antalyada avqust ayında Fransanın paytaxtı Parisdə keçirilməsi nəzərdə tutulmuş Avropa çempionatına hazırlaşan Ramil Quliyev Türkiyədə hansı şəraitdə məşq etməsindən, pəhriz saxlamasından da danışıb:

“Türkiyədə şənbə və bazar günləri karantin olur. Heç kim evdən çölə çıxa bilməz. Kimsə polis tərəfindən saxlanılsa, üç min lirə, bizim pulla 700-800 manatlıq cərimə var... İndi Türkiyədə bütün idman qurğuları bağlıdır.

Yalnız restoranlar sifariş çatdırmaq şərtilə işləyir. Antalyada meşə kimi park var. Orda qaçırıq. Normalda polis bizi tutsa, cərimələməlidir. Amma milli üzvləri olduğumuz üçün bizə güzəşt olunur.

İndi çox idman etmirik deyə, pəhrizə fikir veririk. Əks halda, çəkimiz çox olar. Adi vaxtlarda idman da edirdik deyə, yeməyimizə fikir vermirdik. Çünki idmanla çəkini aşağı salmaq olurdu. İndi isə yemək porsiyamızı yarıya endirmişik. Şokolad, çipsi yemirik.

Bu xəstəlikdə bəzən simptomlar görünmür, sağlam kimi görünürsən. Amma çölə çıxmaqla bu xəstəliyi digərlərinə də yaya bilərsən. Ona görə də, hökumətlər əhalini evdə qalmağa səsləyir”.



Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}