Son xəbərlər:
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                        İranda qum fırtınası başlayıb                        Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir                        Sabah 35 mindən çox abituriyent imtahan verəcək                        Laçının işğalından 27 il ötür                        Ramazan ayının on üçüncü gününün – DUASI VƏ TƏQVİMİ                        Prezident İlham Əliyev Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.                       
Xəbər lenti
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 11-05-2019, 18:52
 “Qalatasaray” son dəqiqələrdə vurduğu iki qolla çempionluq mübarizəsində vacib üç xal qazanıbMayın 11-də futbol üzrə Türkiyə Superliqasının 32-ci turu çərçivəsində çempionatın lideri “Qalatasaray” səfərdə “Rizespor” komandası ilə qarşılaşıb.

Qafqazinform.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

Oyunda hesabı 9-cu dəqiqədə “Qalatasaray”ın yarımmüdafiəçisi Sofian Fequli açıb. İlk hissənin sonlarında “Rizespor”un heyətində Vedat Muriqi hesabı bərabərləşdirib - 1:1.

İkinci hissənin 76-cı dəqiqəsində Aminu Umar meydan sahiblərini hesabda irəli çıxarsa da, “Qalatasaray”ın hücumçusu Mbaye Diaqne 90-cı dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib – 2:2. Çempionluq uğrunda “Başakşəhər” ilə kəskin rəqabəti sonuncu tura qədər davam etdirmək üçün vacib üç xalı qazanmalı olan istanbullular görüşün əsas vaxtına əlavə olunan hissəsinin 7-ci dəqiqəsində (97) istəklərinə çatıblar. Mbaye Diaqne hava ötürməsini başla dəqiq tamamlayaraq komandasına vacib üç xalı qazandırıb – 3:2.

Beləliklə, bu qələbədən sonra xallarının sayını 66-ya çatdıran “Qalatasaray” hazırda Türkiyə çempionatında vahid liderliyini davam etdirir. Bir oyun az keçirən “Başakşəhər” 63 xalla ikinci pillədədir. “Beşiktaş” isə 59 xalla üçüncü sırada qərarlaşıb.

“Başakşəhər” 32-ci turda doğma meydanda “Ankaragücü”, “Beşiktaş” isə ev oyununda “Alanyaspor”u qəbul edəcək.

Türkiyə Superliqasının 33-cü turunda “Qalatasaray” – “Başakşəhər” matçı oynanılacaq. “Qalatasaray” həmin oyunda qalib gələcəyi təqdirdə çempionluğunu elan edəcək.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031