Son xəbərlər:
“Formula-1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib                        Prezident sərəncam verdi - 6,8 milyon pul ayırdı                        Səhiyyə Nazirliyi itlərlə bağlı əhaliyə xəbərdarlıq etdi                        Marqo dö Kastro: Azərbaycanla əlaqələrin inkişafına töhfə verməyimə görə çox şadam                        Ordumuz "Mi"ləri havaya qaldırdı - Video                        Usubov əmr verdi: Nəzarət gücləndirilsin!                        Nazirlikdən kompensasiyalarla bağlı açıqlama: 350,8 milyon...                        Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib                        Sumqayıtın 15 və 25 illik yubileyindən maraqlı görüntülər -VİDEO                        Sabah Milli Məclis toplanacaq - Gündəlikdə 19 məsələ var                        Rafael Ağayev bürünc medal qazandı                        Ukraynada seçkilər bitdi, Zelenski qalib gəlib - “Exit-poll”                        Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO (18+)                        Ukraynada seçicilərin 48 faizə yaxını səs verib                        Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir                        Petro Poroşenko: İnanıram ki, xalq düzgün seçim edəcək                        Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək                        Bakıda avtobus maşınla toqquşdu - 5 yaralı                        Bu gün 11-ci sinif şagirdləri üçün imtahanlar keçirilir                        Pərvanə Dostəliyeva bu dəfə sənədlərinin şəklini yaydı                        Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb                        Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır                        Deputatla Eyyub Yaqubov belə rəqs etdi -                        Futbol həvəskarı olan bəy toyundan çıxıb matç izləməyə getdi FOTOLAR                        Qəbələdə dəhşətli qəza, ölən və yaralananlar var                        Ordubada 15 sm qar yağıb - Faktiki hava                        İstanbul məktəblərinin birinin divarında Mübariz İbrahimovun şəkli çəkilib                        Nazpərinin qardaşı arvadından ŞOK İDDİALAR - VİDEO                        Əli Əhmədovun iştirakı ilə Şəkidə regional müşavirə keçirilir - FOTO                        Sabah ölkə ərazisində yağışlı hava olacaq                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-apr-2019 / ( 10:20 )
 
 
 
 
Tarix: 8-04-2019, 21:50
Aprelin 8-də Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.

AZƏRTAC xəbər verir ki, çempionatın birinci günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıblar.

Azərbaycanın üç güləşçisi Buxarestdə keçirilən Avropa çempionatının finalına yüksəlibAzərbaycan güləşçisi Mahir Əmiraslanov (57 kq) yarışın startında Moldova təmsilçisinə qalib gəlsə də, dörddəbir finalda Türkiyə güləşçisinə uduzub. Ancaq rəqib finala yüksəldiyindən idmançımız aprelin 9-da təsəlliverici görüşə çıxmaq şansı əldə edib.

Üçqat dünya və ikiqat Avropa çempionu Hacı Əliyev (65 kq) Belarus, daha sonra Ermənistan təmsilçilərinə qalib gələrək dörddəbir finala yüksəlib. Dörddəbir finalda Rusiya idmançısını məğlub edən H.Əliyev adını yarımfinala yazdırıb. Yarımfinalda Moldova nümayəndəsinə heç bir şans verməyən millimizin lideri ardıcıl ikinci, ümumilikdə isə üçüncü dəfə Avropa çempionatının finalına yüksəlib.

Ardıcıl iki dünya çempionunu - Rusiya və Ermənistan pəhləvanlarını məğlubiyyətə uğradan yığma komandamızın üzvü Ağahüseyn Mustafayev (70 kq) qitə çempionatının yarımfinalına adlayıb. Finalın bir addımlığında Böyük Britaniya təmsilçisinə də qalib gələn A.Mustafayev karyerasında ilk dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb.

Millimizin kapitanı Cəbrayıl Həsənov (79 kq) qitə birinciliyinə inamla başlayıb. İlk qarşılaşmada gürcü güləşçi üzərində əzmkar qələbə qazanan ikiqat Avropa çempionu ardınca Almaniya idmançısını tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda moldovalı rəqibinin qızıl medallara gedən yolunu kəsib. Beləliklə, C.Həsənov altıncı dəfə Avropa çempionatının finalında iştirak hüququ qazanıb.

Püşkdə bəxti gətirməyən Nurməhəmməd Hacıyev (97 kq) startda Olimpiya, dünya və Avropa çempionu Abdulrəşid Sadullayevə (Rusiya) 0:3 hesabı ilə uduzub. Ancaq titullu rəqibinin finala qədər irəliləməsi N.Hacıyevin aprelin 9-da təsəlliverici görüşə çıxmasına şərait yaradıb.

Çempionatın final qarşılaşmaları aprelin 9-da axşam seansında keçiriləcək.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930