Son xəbərlər:
“Formula-1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib                        Prezident sərəncam verdi - 6,8 milyon pul ayırdı                        Səhiyyə Nazirliyi itlərlə bağlı əhaliyə xəbərdarlıq etdi                        Marqo dö Kastro: Azərbaycanla əlaqələrin inkişafına töhfə verməyimə görə çox şadam                        Ordumuz "Mi"ləri havaya qaldırdı - Video                        Usubov əmr verdi: Nəzarət gücləndirilsin!                        Nazirlikdən kompensasiyalarla bağlı açıqlama: 350,8 milyon...                        Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib                        Sumqayıtın 15 və 25 illik yubileyindən maraqlı görüntülər -VİDEO                        Sabah Milli Məclis toplanacaq - Gündəlikdə 19 məsələ var                        Rafael Ağayev bürünc medal qazandı                        Ukraynada seçkilər bitdi, Zelenski qalib gəlib - “Exit-poll”                        Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO (18+)                        Ukraynada seçicilərin 48 faizə yaxını səs verib                        Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir                        Petro Poroşenko: İnanıram ki, xalq düzgün seçim edəcək                        Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək                        Bakıda avtobus maşınla toqquşdu - 5 yaralı                        Bu gün 11-ci sinif şagirdləri üçün imtahanlar keçirilir                        Pərvanə Dostəliyeva bu dəfə sənədlərinin şəklini yaydı                        Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb                        Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır                        Deputatla Eyyub Yaqubov belə rəqs etdi -                        Futbol həvəskarı olan bəy toyundan çıxıb matç izləməyə getdi FOTOLAR                        Qəbələdə dəhşətli qəza, ölən və yaralananlar var                        Ordubada 15 sm qar yağıb - Faktiki hava                        İstanbul məktəblərinin birinin divarında Mübariz İbrahimovun şəkli çəkilib                        Nazpərinin qardaşı arvadından ŞOK İDDİALAR - VİDEO                        Əli Əhmədovun iştirakı ilə Şəkidə regional müşavirə keçirilir - FOTO                        Sabah ölkə ərazisində yağışlı hava olacaq                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-apr-2019 / ( 10:20 )
 
 
 
 
Tarix: 8-04-2019, 12:25
Şahmat məsələlərinin həlli üzrə 40-cı Azərbaycan çempionatı keçirilib.

Yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim İlham Əliyevin AZƏRTAC-a verdiyi məlumata görə, yubiley çempionatında qələbə uğrunda Bakı, Sumqayıt, Gəncə, Şəki, İsmayıllı, Qəbələ, Şabran, Naftalan və Tərtərdən 32 şahmatçı mübarizə aparıb.

Ölkə birinciliyində dünya və Avropa çempionatlarında olduğu kimi, hər birində üç şahmat məsələsi olmaqla altı bölmə üzrə (ikigedişli - 20 dəqiqə, üçgedişli - 60 dəqiqə, etüdlər – 100 dəqiqə, çoxgedişli – 80 dəqiqə, yardımmat – 50 dəqiqə, əks-mat – 50 dəqiqə) ümumilikdə 18 məsələ təqdim olunub. Düzgün həll edilmiş hər tapşırığa görə 5 xal verilib. Çempionat şahmat həlletməsi üzrə dünya kubokunun mərhələ yarışlarından biri kimi qeydiyyatdan keçib.

Şahmat həlletməsi üzrə dünya və Avropa çempionatlarında gümüş medal qazanmış millimizin bir neçə üzvü (Zaur Məmmədov, Misrəddin İsgəndərov, Şahmat məsələlərinin həlli üzrə 40-cı Azərbaycan çempionatı keçirilibRəşad Zeynallı, Bəhruz Rzayev) çempionata qatıla bilməsə də, bu, yarışın gərgin rəqabət şəraitində keçməsinə mane olmayıb. Çempionatda şahmat üzrə beynəlxalq usta Nərmin Məmmədova (Bakı) ilk turlardan liderliyi ələ keçirib. O, ilk dəfə olaraq çempion adını qazanmağa yaxın olsa da, dördüncü turda - çoxgedişli məsələlər bölməsində 3 tapşırığı həll edə bilmədiyi üçün bu şansı əldən verib.

Yekunda İsmayıllı şahmatçısı, dördqat ölkə çempionu, beynəlxalq usta Ramil Cavadov 90 mümkün xaldan 78,50 (306 dəqiqə) xal toplayaraq beşinci dəfə Azərbaycan çempionu adını qazanıb. Gümüş medala 72,5 (310 dəqiqə) xalla 15 qat Azərbaycan çempionu, beynəlxalq usta Araz Alməmmədov (Qəbələ), bürünc medala isə 68 (294 dəq) xalla Nərmin Məmmədova (Bakı) layiq görülüb. Təcrübəli Aqşin Məsimov (Bakı) 62,5 xalla dördüncü, ondan yarım xal geri qalan Amil Abbasov (Gəncə) isə beşinci yeri tutublar.

Qadınların yarışında Bakı şahmatçıları Nərmin Məmmədova birinci, beynəlxalq usta Səbinə İbrahimova ikinci, Ayan Allahverdiyeva üçüncü olublar.

Bölmələrdə çempion adını Araz Alməmmədov (ikigedişli, çoxgedişli), Aqşin Məsimov (üçgedişli), Nərmin Məmmədova (etüdlər və əks-mat) və Amil Abbasov (yardımmat) qazanıblar.

Qaliblər pul mükafatları, medallar, fəxri fərman və şahmat kitabları ilə mükafatlandırılıb. Həlletmə komandamız avqustda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək.

Xatırladaq ki, şahmat həlletməsi üzrə milli komandamız 2014-cü ildə İsveçrədə keçirilən dünya çempionatında və 2016-cı ildə Yunanıstanda təşkil olunan Avropa çempionatında gümüş medal qazanıb.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930