Son xəbərlər:
“Formula-1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib                        Prezident sərəncam verdi - 6,8 milyon pul ayırdı                        Səhiyyə Nazirliyi itlərlə bağlı əhaliyə xəbərdarlıq etdi                        Marqo dö Kastro: Azərbaycanla əlaqələrin inkişafına töhfə verməyimə görə çox şadam                        Ordumuz "Mi"ləri havaya qaldırdı - Video                        Usubov əmr verdi: Nəzarət gücləndirilsin!                        Nazirlikdən kompensasiyalarla bağlı açıqlama: 350,8 milyon...                        Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib                        Sumqayıtın 15 və 25 illik yubileyindən maraqlı görüntülər -VİDEO                        Sabah Milli Məclis toplanacaq - Gündəlikdə 19 məsələ var                        Rafael Ağayev bürünc medal qazandı                        Ukraynada seçkilər bitdi, Zelenski qalib gəlib - “Exit-poll”                        Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO (18+)                        Ukraynada seçicilərin 48 faizə yaxını səs verib                        Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir                        Petro Poroşenko: İnanıram ki, xalq düzgün seçim edəcək                        Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək                        Bakıda avtobus maşınla toqquşdu - 5 yaralı                        Bu gün 11-ci sinif şagirdləri üçün imtahanlar keçirilir                        Pərvanə Dostəliyeva bu dəfə sənədlərinin şəklini yaydı                        Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb                        Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır                        Deputatla Eyyub Yaqubov belə rəqs etdi -                        Futbol həvəskarı olan bəy toyundan çıxıb matç izləməyə getdi FOTOLAR                        Qəbələdə dəhşətli qəza, ölən və yaralananlar var                        Ordubada 15 sm qar yağıb - Faktiki hava                        İstanbul məktəblərinin birinin divarında Mübariz İbrahimovun şəkli çəkilib                        Nazpərinin qardaşı arvadından ŞOK İDDİALAR - VİDEO                        Əli Əhmədovun iştirakı ilə Şəkidə regional müşavirə keçirilir - FOTO                        Sabah ölkə ərazisində yağışlı hava olacaq                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-apr-2019 / ( 10:20 )
 
 
 
 
Tarix: 30-03-2019, 19:00
 Bakıda “Torpaq uğrunda ölən varsa vətəndir” adlı rəsm sərgisi açılıbMartın 30-da Gəncliyə Yardım Fondunda (GYF) “Torpaq uğrunda ölən varsa vətəndir” adlı rəsm əsərlərindən ibarət sərgi açılıb. Rəsmlər Qarabağa, Aprel döyüşlərinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, tədbir GYF, Azərbaycan Rəssamlar İttifaqı və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin (İB) dəstəyi ilə keçirilib.

Əvvəlcə Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

İB-nin sədri Emin Həsənli tədbirin əhəmiyyətindən söz açaraq deyib: “Üç il bundan əvvəl baş verən Aprel döyüşləri sübut etdi ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Azərbaycanda yeni nəsil yetişib və düşmən tapdağı altında olan torpaqlarımız tezliklə işğaldan azad edəcək. Biz belə sərgiləri mütləq Xocalıda, Şuşada, Xankəndində və digər işğal olunmuş ərazilərimizdə keçirəcəyik”.

Sərginin çox önəmli olduğunu söyləyən GYF-nin prezidenti Əhməd Tecin bildirib ki, bu gün həm də 31 mart şəhidlərimizi yad edirik. Aprel hadisələri bir daha onu göstərdi ki, Azərbaycan ordusu istənilən vaxt öz torpaqlarını işğaldan azad etməyə qadirdir. İnanırıq ki, ürəyində vətən sevgisi, torpaq sevgisi olan gənclər Qarabağda üç rəngli bayrağımızı dalğalandırıcaqlar.

Sonra sərgiyə baxış olub.

Sərgidə Qarabağ qazisi, rəssam Əliyusif Pənahovun rəsmləri diqqəti daha çox cəlb edib. Onun “Çingiz Mustafayev” və “Zəhra” əsərləri hər bir iştirakçını bu rəsmlərin önündə ayaq saxlamağa vadar edib.

Qeyd edək ki, tədbirə 50 rəssamın təsviri sənətin müxtəlif növlərini əhatə edən 100-ə yaxın əsəri nümayiş olunub.

Sonda sərgidə əsərləri nümayiş olunan rəssamlara təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930