Son xəbərlər:
Tbilisidə azərbaycanlı fotoqrafın “20 Yanvar fotolarda” adlı sərgisi açılıb                        Lazarev "Eurovision 2019"da Rusiyanı təmsil edəcək                        "Nərd oynayıram, həftədə 13 ayaqqabı qazanıram"                        Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsinin sirri ortaya çıxdı                        Bakıda güclü küləyin fəsadları... - Foto                        "Bakının meri zəhmət çəkib Hacıbala Abutalıbovdan qalma problemləri həll etsin..."                        Dünyanın ən bahalı şirkətində ağlasığmaz hadisə: Zibil qutusundan ölü körpə tapıldı                        70 ildir evli olan cütlük eyni gündə həyata gözlərini yumdu "Bir-birilərini gözləyirmişlər"                        Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu müzakirə olundu                        Rusiyada bəbir təlimçiyə hücum etdi                        Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”                        Ermənistan ordusunun bölmələrində problem və çatışmazlıqlara zabitlər də etiraz edirlər                        Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər                        Marneulidə iki azərbaycanlı “donuz qripi”nə yoluxub                        Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib                        Ermənistanın iki hərbçisi minaya düşüb                        Hava şəraitinin dəyişəcəyinə dair xəbərdarlıqla əlaqədar hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb                        Mik Şumaxer “Ferrari” Akademiyasına daxil olub                        Mübariz İbrahimovun sinif yoldaşı: “Onu, yalvara-yalvara şənliyə gətirdə bildik, çünki...”                        Erkən ölümün qarşısını almağın yolu tapıldı                        "Kadr islahatları zamanı Qərb idarəetmə dəyərlərini mənimsəyən insanları irəli çəkmək lazımdır"                        Hava şəraiti ilə əlaqədar xəstəxanalar tam hazır vəziyyətə gətirilib                        Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu                        Sergey Lavrov: "Rusiya 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək"                        Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı                        Rusiyada 15 yaşında ana olan azərbaycanlı qız uşağını bacısına verdi                        Küçədə tapılan çılpaq cəsəd fahişəyə aid imiş - FOTO                        “Arzum odur ki, Allah məni Qarabağa həsrət öldürməsin...”                        Sinoptiklərdən xəbərdarlıq: Çox güclü xəzri küləyi əsəcək, havanın temperaturu 10 dərəcə enəcək                        Avropa İttifaqı Yunanıstanı 200 milyon avro məbləğində cərimələyib                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 16:30 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 11:01 )
 
 
 
 
Tarix: 14-06-2018, 17:07
Daşkənddə Sona Vəliyevanın özbək dilində şeirlər kitabının təqdimatı olub
Şairə və publisist Sona Vəliyevanın “Dünya gözlərimdə çəhrayı rəngdə” özbək dilində şeirlər kitabının Daşkənddə təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitab Özbəkistan paytaxtında fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında “İstiqlal–nuri” nəşriyyatında çapdan çıxıb.

Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçirilən təqdimat mərasimi çərçivəsində Sona Vəliyevanın dünyanın müxtəlif ölkələrində çap edilmiş kitabları və şeir disklərindən, habelə AMM-in son beş ildə Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair özbək dilində çap etdirdiyi 49 adda kitabdan ibarət sərgi də təşkil olunub.

Tədbirdə çıxış edən kitabxananın direktoru Zuxra Berdiyeva Nizami Gəncəvi və Əlişir Nəvai dövründən başlanan Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin müasir dövrdə uğurla davam etdiyini vurğulayıb. O, özbək oxucularına öz ana dillərində müasir Azərbaycan ədəbiyyatını oxumaq imkanı yaradan AMM-ə təşəkkür edib. Zuxra Berdiyeva “Dünya gözlərimdə çəhrayı rəngdə” kitabında yer alan Vətən, Azərbaycan, Qarabağ - yurd həsrəti, sevgi, təbiətə məhəbbət mövzularında şeirlərin özbək oxucuları üçün maraqlı olacağını söyləyib.

Layihənin rəhbəri və kitaba “Ön söz”ün müəllifi - AMM-in direktoru Samir Abbasov iki xalq arasında ədəbi əlaqələrdən söz açıb, rəhbərlik etdiyi qurumun layihələri əsasında son illər bir çox Azərbaycan ədəbiyyatı nümayəndələrinin əsərlərinin özbək dilinə tərcümə olunduğunu bildirib.

Sona Vəliyevanın yaradıcılığı, onun yeni şeirlər kitabı haqqında məlumat verən Samir Abbasov müəllifin daim azərbaycançılıq məfkurəsini təbliğ etdiyini diqqətə çatdırıb. Müasir Azərbaycan ədəbiyyatının nümayəndələri arasında öz yaradıcılıq üslubu ilə seçilən Sona Vəliyevanın şeirlərinin özbək oxucuları üçün maraqlı olacağına ümidvar olduğunu deyib.

Tanınmış ədəbiyyatşünas alim və tərcüməçilər Babaxan Şərif və Tahir Qahhar Sona Vəliyevanın yaradıcılığından danışaraq, kitabdakı əsərlərin zamanla səsləşdiyini və aktuallığını vurğulayıblar. Qeyd ediblər ki, Azərbaycan ədəbi mühiti hər zaman öz zənginliyi ilə seçilib, iki xalqın ədəbiyyatı bir-birindən faydalanaraq inkişaf edib. Müstəqillik dövrü Azərbaycan poeziyasının özbək oxucuları üçün də xüsusi maraq kəsb etdiyini bildirən alimlər azərbaycanlı şairənin kitabını yüksək dəyərləndiriblər.

Tədbirdə Əkbər Qoşalı, Fərid Hüseyn Azərbaycan-özbək ədəbi əlaqələri, şairə, publisist Sona Vəliyevanın yaradıcılığı haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, şairənin Türkiyə, İran, Rusiya, Qazaxıstan və başqa ölkələrdə çap edilən əsərləri ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Özbəkistan Yazıçılar Birliyinin nümayəndəsi - tərcümə şöbəsinin müdiri Atxam Alimbekov, Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova yerli oxucuların Azərbaycan ədəbiyyatı ilə tanış olmasında AMM-in fəaliyyətini vurğulayıblar.

Kitabı orijinaldan özbək dilinə çevirən şairə və tərcüməçi Şəhla Qasımova Azərbaycan ədəbiyyatına böyük maraq və sevgisinin olduğunu qeyd edib. O, Sona Vəliyevanın əsərlərini oxuyarkən Azərbaycan tarixinin və müasir dövrünün, Qarabağda qanlı hadisələrin, Xocalı soyqırımının, azərbaycanlı köçkünlərin həyatının göz önündə canlandığını və şair ürəyinin çırpıntılarının duyulduğunu söyləyib. Şəhla Qasımova layihəyə dəstək verən Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar