Son xəbərlər:
Rus qırıcılarına hücum: “Son 24 saat ərzində…” – Türkiyəyə şok ittiham                        Bakıda işıqlar niyə söndü? - "Azərenerji"dən açıqlama                        Türk ordusu ağır itki verdi, Ərdoğan açıqladı – Rusiyaya xəbərdarlıq                        Son durum: Ruslar İdlibi vurdu – Ölənlər var                        Fevralın 28-nə USD/AZN rəsmi məzənnəsi                        Gürcüstanda koronavirus aşkarlanan şəxs azərbaycanlıdır                        Bakıda Beynəlxalq “Construction B2B inşaat Forumu” keçirilir                        Bakı Konqres Mərkəzində Varisin yeni romanı təqdim olunub                        TRT Avaz kanalı Beynəlxalq Muğam Mərkəzindən birbaşa canlı efir təqdim edib                        “Tokio-2020”yə hazırlıq prosesinə dair görüş keçirilib                        Azərbaycanın Əməkdar rəssamı Mehriban Əfəndinin əsərləri Portuqaliyada sərgilənəcək                        "Xocalıdan vertolyotla sakinlər əvəzinə, “Jiquli”lərini çıxarmağa qoymadığım şəxslər məni şərləməyə çalışdı...”                        Putin hansı telefonlara üstünlük verdiyini açıqladı                        Koronavirusdan ölənlərin yaşı - STATİSTİKA                        AKP sözçüsü: “Türkiyə bu terror dövlətini darmadağın etdi”                        “Mir Yusifə Xalq artisti adı verdilər, o, da çılpaq qızlarla enerji içkilərini reklam edir...”                        “Mən terrorizmlə mübarizənin ən çətin vaxtlarında oxşarlarımdan imtina etdim...”                        “Bunsuz Qarabağda müharibəyə başlamaq bizi Rusiyanın təzyiqləri ilə üz-üzə qoya bilər”                        Dərsliklərin hazırlanmasının yeni qaydası təsdiqləndi                        Pentaqon rəhbərindən kritik Rusiya açıqlaması                        Türkiyə ilə Rusiya arasında görüş başa çatdı                        Murad Bozdan Xocalı ilə bağlı paylaşım - FOTO                        Gürcüstan Azərbaycanla sərhədi bağladı - Koronavirusa görə                        "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İB Xocalı faciəsi ilə bağlı tədbir keçirdi                        Rusiya arsenalını daha da gücləndirdi: Raket sistemləri...                        “Mənim ağ göyərçinim” tamaşası Xocalı qurbanlarının xatirəsinə ithaf edilib                        Pekin Vaşinqtonu Çinin daxili işlərinə qarışmağı dayandırmağa çağırıb                        “Fitch Ratings” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiq edib                        Buraxılış üzrə onlayn sınaq imtahanları keçirilir                        “İnstagram”da 14 milyon izləyicisi olan gözəlçə biabırçı geyimi ilə gündəmə gəldi...                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
25-fev-2020 / ( 22:16 )
 
25-fev-2020 / ( 21:32 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 7-06-2019, 22:17
Rumıniyanın AGERPRES milli xəbər agentliyi İmadəddin Nəsimi barədə məqalə yayıbRumıniyanın AGERPRES milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun böyük Azərbaycan şairi İmadəddin Nəsimi barədə “Orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində İmadəddin Nəsiminin mənəvi irsi” sərlövhəli məqaləsini yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin dahi şairin 650 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından və dövlət başçısı tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsindən söhbət açılıb, Nəsiminin həyatı, fəaliyyəti, əsərləri barədə geniş məlumat verilib. Həmçinin onun mənəvi və fəlsəfi ideyalarının bəşəriyyəti ümumi dəyərlər ətrafında birləşməyə, ədalətsizliyə qarşı mübarizəyə səslədiyi xüsusi vurğulanıb.

Yazıda bildirilib ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illik yubileyi ilk dəfə hələ sovetlər birliyi dövründə 1973-cü ildə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin təşəbbüsü ilə keçirilib. Bu yubiley tədbirləri nəinki Bakıda və bütün Azərbaycanda, hətta Moskvada və Parisdə, UNESCO-nun qərargahında da təşkil olunub. Ümummilli Liderin təşəbbüsü nəticəsində Nəsimi ilə bağlı ciddi tədqiqatlar aparılıb, qüdrətli şairin yaradıcılığının hərtərəfli öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açıb.

Qeyd edilib ki, 2018-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə ilk dəfə Beynəlxalq Nəsimi Festivalı təşkil olunub, dünyanın 10-dan çox ölkəsindən gələn Nəsimişünas alimlərin iştirakı ilə elmi konfranslar, simpoziumlar, kitab təqdimatları və sərgiləri keçirilib. Məqalədə vurğulanıb ki, həmin ilin noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Nəsiminin 650 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzalayıb və 2019-cu il yanvarın 15-də dövlət başçısının digər müvafiq Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829