Son xəbərlər:
Bayram günləri işə çağırılan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA                        Kəmaləddin Heydərov: Yanğın artıq məhdudlaşdırılır, alovun qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb                        Bakının Nizami rayonu ərazisindəki yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub                        Qiyamət günü yalnız bu MƏKAN "DAĞILMAYACAQ" - FOTOLAR                        Yardımlı qara büründü - Möhtəşəm GÖRÜNTÜLƏR - FOTO                        Daha bir meyxanaçı ilə bağlı üzücü xəbər                        Türkiyə Moldovanı darmadağın etdi                        Gəncədə iki maşın toqquşdu, yaralılar var - FOTO                        Dünya çempionumuzun qardaşı yol qəzasında öldü - Video                        Heydər Əliyev: Hansısa bir terrorçu gülləsi... - Video                        Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq                        Bu gün vəfat edən sənətkarımızla bağlı ağrılı fakt - Video                        Bakıda avtomobil yük maşınına çırpıldı: ölən var                        Aprel ayından müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq                        Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub                        Ana doğuş zamanı öldü: Yaxınları xəstəxanaya hücum çəkdi                        Fransada teatr tamaşasında xalq mahnılarımız ifa olunub                        Kikboksçumuz Almaniyada qələbə qazanıb                        Tarkana 5 milyon təklif olundu - 8 aylıq...                        Trampın Colan yüksəklikləri barədə qərarının tarixi açıqlandı                        Keçmiş məhbəs yoldaşları Əli İnsanovla görüşdü - FOTO                        “Idai” qasırğası nəticəsində ölənlərin sayı 700-ü keçib                        Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür                        Azərbaycan döyüşçüsü nüfuzlu “M-1 Challenge 101” turnirində çıxış edəcək                        Tarkana 5 milyon təklif olundu                        Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb                        Necati Şaşmaz: "Hər zaman keşikdəyik"                        O dünyadan qayıdan 9 adam - FOTOLAR                        Pakistan-Hindistan gərginliyi: Sərhədə raketlər yerləşdirildi                        Millimizin baş məşqçisi jurnalistlərdən futbolçu istədi                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-mar-2019 / ( 22:19 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 12-01-2019, 12:16
Qəlbləri sözün qüdrəti ilə fəth edən şairiÖlkə başçısının yanvarın 11-də imzaladığı Sərəncamla 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Bu dövlət başçısının şairin yaradıcılığına böyük diqqətinin göstəricisidir.

Ölümündən 600 ildən artıq vaxt keçsə də, şair şeriyyəti, fəlsəfi fikirləri ilə bu gün də bəşəriyyətə xidmət edir. Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində böyük rolu var. Dahi mütəfəkkir qəlbləri qılınc gücünə yox, sözünün qüdrəti ilə fəth edib, söz sənəti ilə əbədilik qazanıb. Ölkəmizin elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxıda dünyaya göz açan şair 20 min misranı əhatə edən ədəbi irsə sahibdir. Nəsimi öz yaradıcılığında ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib.

Yeri gəlmişkən, 2018-ci il ölkəmizin mədəni mühitində Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalının keçirilməsi ilə də əlamətdar olub. Sentyabrın 27-dən 30-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə təşkil olunan mədəniyyət tədbiri çərçivəsində bir sıra sərgilər açılıb. Festival həm də dahi Nəsimi yaradıcılığından nümunələrin təqdim olunması ilə yadda qalıb. Ən əsası bu mötəbər tədbir ölkəmizlə yanaşı, sərhədləri aşaraq Heydər Əliyev Fondunun, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun təşkilatçılığı, Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada da təşkil olunub. Çünki Nəsimi poeziyası vasitəsilə sülhü, tolerantlığı və multikulturalizmi müdafiə edib. Festivalın əsas qayəsi də o idi ki, bəşəriyyət 600 il əvvəl Nəsiminin təbliğ etdiyi və uğrunda fədakarlıq göstərdiyi bəşəri dəyərlər ətrafında birləşməlidir. Çünki onun poeziyasının əsas mövzuları İnsan, Kainat, Məhəbbət və İlahidir. 2019-cu ilin “Nəsimi” ili elan olunması görkəmli Azərbaycan şairi və mütəfəkkirinin ruhuna böyük hörmətin təzahürüdür.

Qeyd edək ki, bu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə ölkə başçısı “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən bu il ölkəmizdə və onun hüdudlarından kənarda İmadəddin Nəsimiyə həsr olunmuş çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

AZƏRTAC


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031