Son xəbərlər:
Ordumuzun döyüş hazırlığı yoxlanıldı – Video                        Məmməd Araz Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb                        Sabah paytaxtda 27 dərəcə isti olacaq                        "Dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin aeroporta qədər uzadılması nəzərdə tutulur"                        Bu abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək - Nazirlər Kabineti açıqladı                        "İftar vermək – gözəl savabdır, amma israf olmasa..."                        Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                       
Xəbər lenti
 
 
 
 
 
 
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
Tarix: 6-11-2018, 22:40
İstəmədinİtəmədin-Şəhla Mehdiyeva
Şəhla Qəmgin (Şəhla Mehdiyeva)

Səsləsəydin
Buludların üzərindən qaça-qaça gələrdim mən.
Çagirsaydın
Göy üzündən sevə-sevə enərdim mən.
Səsləsəydin sənə yenə dönərdim mən.
Ulduz kimi, istəsəydin, parlayardım, sönərdim mən.
Istəmədin... səslənmədin...
Istəsəydin sənə sevgi verərdim mən.
Dərdlərini çiçək kimi bir-bir dərib
bu sinəmə sərərdim mən.
Istəsəydin sənin üçün bu dunyada yaşayardım, ölərdim mən.
O dünyada səni yenə tapardım mən, sevərdim mən.
Gözlərimə qisqanardım, Kirpiyimə dərd edərdim,
Salib dərdinə meylimi qəlbə səfərbər edərdim.
Kirpiyimlə od götürüb dərdini də sevərdim mən
Istəsəydin
Qiblə bilib sənə səcdə edərdim mən.
Istəmədin... istəmədin...
Hiss etmədin sənə aşiq baxışımı...
"Eşq oduna alış sən də, yan" dediyim qarğışımı.
Hiss etmədin nə düzümü, nə səhfimi, yanlışımı,
Sən bilmədin ürəyimlə apardığım savaşımı,
Sən görmədin sənin üçün axıtdığım göz yaşımı...
Yaxa-yaxa sevgin vurdu taleyimə naxışını.
Bu sevdaya nikahlanan adaxlımı, sirdaşımı -
Ürəyimi hiss etmədin...hiss etmədin...
Sən bilmirdin
sevgin tarım çəkib sizladırdı ürəyimi.
Sevindirmək əvəzinə zülüm-zülüm ağladırdı urəyimi.
Gizli sevdim. Sən bilmədin
Bu sevginin özün sənsiz sevdiyimi
Tək bu sevgi ovudurdu ürəyimi.
Ocaq kimi qalayırdı, odlayırdı ürəyimi.
Xəyalın da özün kimi tovlayırdı ürəyimi,
Sitem olub bu sinəmə qurudurdu ürəyimi.
Sonra yenə nəm çileyib göz yaşıyla doldururdu ürəyimi...
Sən bilmirdin eşqin necə yandırırdı urəyimi
Sənsizliyin oğurlayıb talayırdi ürəyimi
Sən bilmirdin. Sən bilmirdin. Bilmək belə istəmirdin.
Istəsəydin sevgin hələ yaşadardı ürəyimi.
İstəmədin. Mənim kimi Sən sevmədin. İstəmədin.
04.11.2018


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031