Son xəbərlər:
Hava şəraitinin dəyişəcəyinə dair xəbərdarlıqla əlaqədar hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb                        Mik Şumaxer “Ferrari” Akademiyasına daxil olub                        Mübariz İbrahimovun sinif yoldaşı: “Onu, yalvara-yalvara şənliyə gətirdə bildik, çünki...”                        Erkən ölümün qarşısını almağın yolu tapıldı                        "Kadr islahatları zamanı Qərb idarəetmə dəyərlərini mənimsəyən insanları irəli çəkmək lazımdır"                        Hava şəraiti ilə əlaqədar xəstəxanalar tam hazır vəziyyətə gətirilib                        Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu                        Sergey Lavrov: "Rusiya 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək"                        Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı                        Rusiyada 15 yaşında ana olan azərbaycanlı qız uşağını bacısına verdi                        Küçədə tapılan çılpaq cəsəd fahişəyə aid imiş - FOTO                        “Arzum odur ki, Allah məni Qarabağa həsrət öldürməsin...”                        Sinoptiklərdən xəbərdarlıq: Çox güclü xəzri küləyi əsəcək, havanın temperaturu 10 dərəcə enəcək                        Avropa İttifaqı Yunanıstanı 200 milyon avro məbləğində cərimələyib                        Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə bağlı sürücü və sərnişinlərə xəbərdarlıq edib                        Vladimir Putin: Bu ilin sonunadək “Türk axını”nı istifadəyə verməyi planlaşdırırıq                        Güclü külək əsəcək, sulu qar, qar yağacaq                        Xalq artisti Elza İbrahimovanın 80 illik yubileyi münasibətilə yeni poçt markası dövriyyəyə buraxılıb                        Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq                        Azərbaycanda uşağın cinsiyyətini qabaqcadan öyrənmək qadağan edilir                        Bakı meriyası Milli Şuranın mitinqinə icazə verdi                        Arif Alışanov AzTV-nin sədri vəzifəsindən çıxarıldı                        Putin niyə smartfon işlətmir? - Peskov açıqladı                        “Telestudiyanın partladılmasına görə Bəxtiyar Vahabzadə generalın üzünə tüpürdü...”                        Müğənni Fədayə Laçın apellyasiya şikayəti verib                        Emeri Məsut Özildən imtina edib                        SOCAR: Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 1700-dən çox neftçi təxliyə ediləcək                        Rusiyanın Şaxtı şəhərində yanvarın 16-da matəm günü elan edilib                        Şagirdlər Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə tanış olublar                        Çində 5G şəbəkələrinin köməyi ilə ilk dəfə distant cərrahiyyə əməliyyatı keçirilib                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 16:30 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 11:01 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 7-11-2018, 16:00
Avropa İttifaqı “Facebook” şirkəti ilə bağlı təhqiqat aparırBöyük Britaniya hökuməti Avropa İttifaqına müraciət edərək “Facebook” şirkəti ilə bağlı böyük hay-küyə səbəb olmuş işin təhqiq olunmasını xahiş edib. Şirkət öz istifadəçilərinin məlumatlarından, o cümlədən “Cambridge Analytica” şirkəti vasitəsilə sui-istifadə etməkdə ittiham olunur.

Böyük Britaniyanın İnformasiya Komissarı İdarəsi (İCO) “Facebook”un işini İrlandiyanın məlumatların qorunması komissiyasına verib (şirkətin Avropa üzrə qərargahı İrlandiyada yerləşir).

Aİ-nin 2018-ci il may ayında qəbul edilmiş “Şəxsi məlumatların qorunması barədə” yeni qanununa müvafiq olaraq, “Cambridge Analytica” və “Facebook” şirkətləri irlandiyalı tənzimləyicinin diqqətini cəlb ediblər. İCO nümayəndəsi bildirib ki, şübhəli akkauntlar vasitəsilə, yəni sosial şəbəkə qaydaları pozulmaqla yayılan siyasi reklam ekspertlərin diqqət mərkəzində olacaq. Həmin qaydalara görə, siyasi reklamın sifarişçisi həm özü barədə, həm də reklamın xərcini ödəyən barədə informasiya təqdim etməyə borcludur.

“Cambridge Analytica” ilə bağlı qalmaqal 2018-ci ilin əvvəlində başlanıb. O vaxt məlum olub ki, şirkət 87 milyon istifadəçi barədə məlumatı qanunsuz şəkildə toplayıb və üçüncü şəxslərə, o cümlədən ABŞ-ın indiki Prezidenti Donald Trampın seçkiqabağı kampaniyasının qərargahına çatdırıb. Tramp da öz növbəsində, həmin məlumatlardan siyasi reklam üçün istifadə edib. Bu il aprel və may aylarında “Facebook” şirkətinin təsisçisi Mark Tsukerberq ABŞ Konqresində və Avropa Parlamentində səhvini etiraf edib və məlumat sızmasına görə üzr istəyib.

Oktyabrın 25-də İCO “Facebook İnc” şirkətini 500 min funt sterlinq məbləğində cərimə edib. Tənzimləyicinin sözlərinə görə, 2007-ci ildən 2014-cü ilə qədər bu sosial şəbəkə istifadəçilərdən “yetərincə aydın razılıq almadan” onlara aid məlumatları mobil proqram əlavələri yaradanlara ötürüb. Nəticədə bu sonuncular həmin istifadəçilərin dostları barədə məlumatı da əldə etmək imkanı qazanıblar.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar