Son xəbərlər:
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"                        Gürcüstan vətəndaşı 290 il müddətinə həbs edildi                        Səudiyyə Türkiyəni ittiham etdi                        ABŞ-ın Səudiyyəyə sanksiyası başladı                        XİN-dən Saakyanın Fransa səfərinə münasibət                        Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib                        Ronaldo nişanlandı - Fotolar                        Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi                        Qarabağın Azərbaycanlı İcmasından sərt bəyanat                        Fransa beynəlxalq hüquqa qarşı: bu ölkə həmsədrlikdən çıxarılmalıdır                        İrəvan reallığı dərk edib, siyasətini dəyişməlidir - Kılıç                        BDU-da seminar: dillə bağlı fərman müzakirə edildi                        Avropanın yaş ortalamasına görə ən yaşlı futbol liqası və klubu müəyyənləşib                        Ən etibarlı avtomobillər - Siyahı                        “Biz İranla dostluq əlaqələri qurmağa hazırıq...”- Separatçı erməninin arzusuna cənub qonşumuz necə cavab verəcək?..                        Qaşıqçını öldürmək əmrini kim verib?                        Hər çəkilən siqaret insan ömrünü 11 dəqiqə azaldır                        Tramp səfir vəzifəsinə qadın çantaları dizaynerinin namizədliyini irəli sürüb                        Rusiya və ABŞ prezidentləri neft bazarını müzakirə edib                        Çingiz Qənizadə: "Şəmkirdə yeyib-içən deputatlar iclasda iştirak etməlidirlər"                        Beyons milyarderlə dostluğunu bitirdi - Adı təcavüzdə hallanır                        Səudiyyə prokurorluğu Cemal Kaşıkçını öldürənlərə edam cəzası tələb edəcək                        Abel Məhərrəmov vəzifəsindən azad edildi...                        Moskvada “Yeddi gözəl” sərgisi açılacaq                        “Qara Qarayevin kino musiqisi” kitabının təqdimatı olacaq                        Kadırovun “Instagram” səhifəsi "blok" edildi                        Ürəyim-Mehri Səfərli                        Postancyan: Nikol Qarabağı pul əvəzinə qaytarmağa hazırdır                        Ukraynadakı səfirlə bağlı Poroşenkoya müraciət olundu - FOTO                        “Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən xəbədarlıq                       
Xəbər lenti
 
 
15-noy-2018 / ( 20:17 )
 
 
 
 
15-noy-2018 / ( 19:25 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-noy-2018 / ( 15:22 )
 
 
 
 
 
 
 
15-noy-2018 / ( 14:13 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 1-11-2018, 11:32
Almaniya orqanlar donorluğunu stimullaşdırırAFR hökuməti orqanlar donorluğunun stimullaşdırılması üçün bir sıra tədbirlər nəzərdə tutulan qanun layihəsini qəbul edib.

Qafqazinform.az Azərtac-a istinadla xəbər verir ki, ölkənin səhiyyə naziri Yens Şpan tərəfindən hazırlanmış qanun layihəsində klinikalarda orqanların götürülməsi üçün ayrılan maliyyə vəsaitinin, transplantasiyaya cavabdeh olan işçilərin sayının artırılması, habelə məlumat toplanması üçün etibarlı sistem yaradılması nəzərdə tutulur. Səhiyyə Nazirliyi ümid edir ki, bu tədbirlər paketi artıq 2019-cu ilin birinci yarısında qanun qüvvəsi kəsb edəcək.

Şpan qeyd edib ki, əsas problem potensial donorların çatışmaması deyil: keçən il onların sayı artıb, lakin əksər hallarda klinikalarda donorların eyniləşdirilməsi üçün vaxt və pul çatışmır. Buna görə klinikalar gələcəkdə tibbi sığorta kassalarından daha çox pul almalıdırlar. Həkimlərdən ibarət mobil qruplar çalışmalıdırlar ki, nisbətən kiçik klinikalarda da orqanların götürülməsi üçün şərait yaradılsın.

İntensiv terapiya bölmələrinin hər birində orqanların köçürülməsi məsələləri üzrə azı bir nəfər müvəkkil olmalıdır. Onun vəzifəsi potensial donorları aşkar etməkdən ibarət olacaq. Məlumatların toplanması üzrə yeni sistem isə əvvəllər bu cür donorları aşkar etməyə əngəl törədən səhvləri istisna etməyə imkan verəcək.

Yens Şpan bu qanun layihəsini mümkün qədər tezliklə Bundestaqdan keçirməyə çağırıb, çünki o, “insanların həyatını xilas edəcək”.

Rəsmi məlumata görə, Almaniyada 10 minə yaxın insan neçə illərdir ki, donor orqanları gözləyir. Digər tərəfdən, 2012-ci ildən sonra donorlardan götürülmüş orqanların sayı daim azalmaqdadır. Şpanın sözlərinə görə, keçən il bu sahədə kədərli rekord qeydə alınıb: götürülən donor orqanlarının sayı 800-dən az olub.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930