Son xəbərlər:
Qərargah: Karantinə alınan şəxslər ictimai qaydaları kobudcasına pozur                        "Çinlini, hindlini gətirib yanımıza qoyublar" - Astara xəstəxanasında dəhşət                        Azərbaycan Prezidenti: "Xəzərdəki ən böyük donanma bizə məxsusdur"                        Koronavirusa qarşı effektiv türkəçarə və qidalar - SİYAHI                        İsrailin müdafiə naziri İranı hədələdi: "Suriyadan rədd olun, 1 ilə onları qovacağıq”                        Türkiyə və Rusiya nümayəndə heyətləri Ankarada İdlibdəki vəziyyəti müzakirə ediblər                        Türkiyə və ABŞ prezidentləri İdlib məsələsini müzakirə ediblər                        Ukrayna Türkiyəyə başsağlığı verib və onu Suriyada zorakılığı dərhal dayandırmağa çağırıb                        Aygün Kazımovanın canlı efirdə fonoqramı kəsildi                        Monqolustan prezidenti koronavirusa görə karantinə alındı                        Paytaxtda itkin düşmüş kimi axtarışda olan beş nəfər tapılaraq ailəsinə təhvil verilib                        Prezident İlham Əliyev Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib                        Rusiya kruiz raketləri ilə yüklənmiş iki freqatını Suriya sahillərinə göndərdi...                        ABŞ Türkiyəni S-400 raketlərindən imtina etməyə çağırdı                        “Koronavirusa qarşı peyvənd bir neçə həftə sonra hazır ola bilər”- YƏHUDİ ALİMLƏR...                        “Düşmən Napoleonun müharibə üçün ən vacib hesab etdiyi amildən məhrumdur..."                        Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb                        Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı                        DSX: Dövlət sərhədindən buraxılış məntəqələrində məhdudiyyətlərin tətbiq olunması barədə məlumatlar yanlışdır                        Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub                        Türkiyənin ordu rəhbərliyi Suriya ilə sərhədə gedib                        “Azeri Light”ın bir barrelinin qiyməti 53 dollara düşüb                        Türkiyə İdlibdə 33 şəhid verdi                        Rus qırıcılarına hücum: “Son 24 saat ərzində…” – Türkiyəyə şok ittiham                        Bakıda işıqlar niyə söndü? - "Azərenerji"dən açıqlama                        Türk ordusu ağır itki verdi, Ərdoğan açıqladı – Rusiyaya xəbərdarlıq                        Son durum: Ruslar İdlibi vurdu – Ölənlər var                        Fevralın 28-nə USD/AZN rəsmi məzənnəsi                        Gürcüstanda koronavirus aşkarlanan şəxs azərbaycanlıdır                        Bakıda Beynəlxalq “Construction B2B inşaat Forumu” keçirilir                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
28-fev-2020 / ( 09:00 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 7-02-2020, 19:42
Dövlət Agentliyindən gözlənilən hava şəraitilə bağlı MÜRACİƏTƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ölkə ərazisində fevralın 7-dən 11-dək gözlənilən güclü külək ilə əlaqədar işəgötürənlərə müraciət edərək, qeyd olunan vaxtlarda açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlərin görülməli olduğunu bildirir.

Nazirlikdən Moderator.az-a verilən məlumata görə, Xidmət işəgötürənlərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır.

Məcəlləyə 2-ci əlavəyə əsasən, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər, tikinti işləri görülərkən küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban, işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılmalıdır.

Dənizdə işləyərkən küləyin gücü 3 baldan çox olduqda qaynaq tikişinin şaquli və tavan vəziyyətində qoyulduğu bütün növ qaynaq, 4 baldan çox olduqda ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə, daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işlərinin, qaynaq tikişi aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işlərinin, estakada tikən kranla quraşdırma və dəniz neft-mədən qurğularının sökülməsi işlərinin dayandırılması təmin edilməlidir.

Dənizdə işləyərkən küləyin gücü 5 baldan artıq olduqda isə ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə, kopyor vasitəsilə dayaqlar vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi), traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi, estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri dayandırılmalıdır.

Küləyin gücü 6 baldan artıq olarsa, daimi dəniz özüllərində istismar edilən quyularda işləri, daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işlərini, 8 baldan çoxdursa, qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işləri, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işləri dayandırmaq tələb olunur.

Əgər küləyin gücü 10 baldan artıq olarsa, quyunun yuyulması işlərindən başqa buruqda bütün işlərin dayandırılması təmin edilməlidir. İşlərin dayandırılması zamanı işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı ilə fasilənin sayı, müddəti müəyyənləşdirilməli, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli və bu fasilələr zamanı da əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri səbənindən baş verməyən boşdayanma kimi və tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829