Son xəbərlər:
Milli Məclis Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişini təsdiqləyib                        Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onlayn interaktiv tədbir keçiriləcək                        Braziliyada yeni anti-rekord - bir gündə 30 min yoluxma                        Şəki şəhərinin mərkəzində hərəkət edən ayı Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılacaq                        22 yaşlı gəlin kirayə qaldığı evdə ölü tapıldı                        Azərbaycanda ən çox bu fənlərin müəllimlərinə ehtiyac var - 7539 vakant yer müsabiqəyə çıxarılır                        Deputatlar iclasa maskada gəldilər                        Biləsuvarda gün ərzində 250 hektar taxıl sahəsinin məhsulu yığılır                        Mayın 31-i Dünya Tütünsüz Günü qeyd edilir                        Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov                        Milli Məclisin növbəti plenar iclası keçirilir                        “Naxçıvan” gəmi-bərəsi əsaslı təmir olunub                        Türkiyədə COVID-19-dan ölənlərin sayı 4 500-ü ötdü                        Hindistanda xüsusi karantin rejimi daha bir ay uzadılıb                        Aydın Mirzəzadə: Sosial şəbəkələr dünyada böyük auditoriya toplasa da onların mənfi tərəfləri də ortaya çıxıb                        Gülay Zeynalova: “Kamilə hər zaman dəstəyəm”                        “Ölkədə 400-dən çox koronavirus xəstəsinin vəziyyəti ağırlaşıb” - Paşinyan                        Roza Zərgərli: “48 işçim var”                        Ukrayna prezidentinin ötən ilki gəliri açıqlandı                        Britaniyada COVID-19-dan ölənlərin sayı 38,3 mini ötdü                        Xalq artisti: “Gündəmdə qalmaq üçün abırından, mənəviyyatından keçənlər var”                        "Paşinyan Azərbaycanın danışıqlar prosesini davam etdirməsi üçün heç bir “əlyeri” qoymadı"                        Norveç hökuməti gələcəkdə ölkənin dayanıqlı inkişafı naminə külək enerjisini inkişaf etdirmək niyyətindədir                        Azərbaycanda koronavirusa daha 257 yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb                        Daşkəsən rayonuna dolu düşüb                        Meksika mətbuatında 28 May-Respublika Gününə həsr olunmuş məqalə dərc olunub                        Ağ Ev çinli tələbələrin ABŞ-a girişini dayandırıb                        Polad Bülbüloğlu: Azərbaycan Rusiya ilə tarixi əlaqələrinə həmişə hörmətlə yanaşıb                        Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb                        Sabah London-Bakı reysi ilə 40-50 nəfər Azərbaycana gətiriləcək                       
Xəbər lenti
 
 
 
 
 
 
31-may-2020 / ( 11:27 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
30-may-2020 / ( 19:09 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 25-10-2019, 20:29
Mehriban Əliyeva dövlət və hökumət başçılarının xanımları ilə Heydər Əliyev Mərkəzində - FOTOLARBakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları oktyabrın 25-də Heydər Əliyev Mərkəzində olublar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva qonaqlarla görüşüb.

Qonaqlar əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Onlara məlumat verilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

“Azərbaycan inciləri” sərgisi ilə tanış olan qonaqların diqqətinə çatdırılıb ki, bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirilir. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə - səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

Sonra qonaqlar “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisinə də baxdılar. Ekspozisiyada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı nadir kolleksiya – XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunur. Sərgidə Azərbaycan musiqi mədəniyyəti tarixinə də geniş yer verilib. Burada 50-dək milli musiqi aləti yer alıb. Sərginin muğam otağında Azərbaycanın tanınmış xanəndələrinin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda isə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşıq sənəti, tar və kamança ifaçılığına aid musiqi nümunələri təqdim edilir. Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək də mümkündür.

Daha sonra qonaqlar “Kukla incəsənətdə” sərgisi ilə tanış olublar. Sərgidə dünyanın müxtəlif ölkələrinin müəlliflərinin əl işi olan 230 kukla nümayiş etdirilir. Ekspozisiyadakı sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub. Sərgidə çini, kağız, plastik, taxta və parçadan hazırlanan ənənəvi kuklalarla yanaşı, müasir texnologiyalardan istifadə olunaraq yaradılan modern kuklalar da təqdim edilir. Sərgidə kuklalar 11 müxtəlif mövzu üzrə bölünüb. Belə ki, ekspozisiyada geyim tarixi, yumoristik obrazlar, bayram simaları, İçərişəhər sakinləri, nağıl qəhrəmanları, taxta kuklalar və digər mövzularda eksponatlarla tanış olmaq mümkündür. Sərginin hər bir eksponatı ilə tanışlıq, eyni zamanda, kukla sənətinin incəliyini, inkişaf tarixini izləməyə imkan yaradır.

Sərgilərlə tanışlıqdan sonra keçirilən görüşdə Qoşulmama Hərəkatının əhəmiyyətinə toxunan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib:

- Əziz xanımlar, sizi salamlayıram. Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana xoş gəlmisiniz. İnanıram ki, BMT-yə üzv dövlətlərin üçdəiki hissəsini özündə birləşdirən Qoşulmama Hərəkatının Bakı Zirvəsi Hərəkatın gələcək inkişafına və üzv dövlətlərin münasibətlərinin həmrəylik və qarşılıqlı anlaşma ruhunda möhkəmlənməsinə mühüm və fərqli töhfəsini verəcəkdir.

Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etmişdir. Ötən illər ərzində bütün çətinliklərə baxmayaraq, ölkəmiz sürətlə inkişaf edib, müstəqilliyini qoruyub saxlayıb və ictimai-siyasi həyatın bütün sahələrində böyük nailiyyətlər qazanıb. Azərbaycan dünya birliyində etibarlı tərəfdaş və məsuliyyətli üzv kimi tanınır.

Əziz xanımlar, baxmayaraq ki, biz müstəqil ölkə kimi gəncik, lakin Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malik olan ölkədir. Əsrlərboyu bu məkanda müxtəlif sivilizasiyaların, dinlərin, millətlərin nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində yaşayıb. Bu gün də Azərbaycan dövləti və Azərbaycan xalqı bu ənənələri qoruyub saxlayır. Sülh mədəniyyətinin təbliğ, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsinə ölkəmizdə xüsusi diqqətlə yanaşılır. Təsadüfi deyil ki, son illər Azərbaycan bu sahədə tanınmış beynəlxalq platformaya çevrilib. Son illər ölkəmizdə bir sıra möhtəşəm, mötəbər beynəlxalq forumlar, görüşlər, sammitlər keçirilib. Qoşulmama Hərəkatının XVIII Zirvəsinin məhz Azərbaycanda keçirilməsi bunun növbəti sübutudur. Gələn üç il ərzində ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edəcək və mən əminəm ki, bu illər ərzində öz fəaliyyətini məhz bu prinsiplər - əməkdaşlıq, tərəfdaşlıq, qarşılıqlı hörmət, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək şəklində həyata keçirəcək.

Əziz dostlar, əziz xanımlar, bu gün görüş keçirdiyimiz Heydər Əliyev Mərkəzi dünya şöhrətli memar Zaha Hadidin ölməz əsəridir. Mərkəz bir tərəfdən nadir memarlıq abidəsidir, digər tərəfdən müasir Bakının simasıdır, simvoludur. Qərblə Şərqin tarixini, memarlığını, mədəni abidələrini özündə birləşdirən Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Mən ümidvaram ki, siz vaxt tapıb paytaxtımızla daha yaxından tanış olacaqsınız, insanlarımızın qonaqpərvərliyini hiss edəcəksiniz.

Əziz xanımlar, bir daha sizə “Xoş gəlmisiniz!” deyirəm. Təmsil etdiyiniz ölkələrə və xalqlara sülh və əmin-amanlıq arzulayıram. Sizin hər birinizə möhkəm cansağlığı və uğurlar diləyirəm.

Sonda xatirə şəkli çəkilib.(Azərtac)





Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
{sape_links}{sape_article}