Son xəbərlər:
Ordumuzun döyüş hazırlığı yoxlanıldı – Video                        Məmməd Araz Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb                        Sabah paytaxtda 27 dərəcə isti olacaq                        "Dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin aeroporta qədər uzadılması nəzərdə tutulur"                        Bu abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək - Nazirlər Kabineti açıqladı                        "İftar vermək – gözəl savabdır, amma israf olmasa..."                        Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                       
Xəbər lenti
 
 
 
 
 
 
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
Tarix: 23-04-2019, 15:38
Bakıdakı şadlıq saraylarının bazarı öldüHər il may ayında heç tutarlı əsası olmadan toy keçirilməməsi adət halı alıb. Kortəbii olaraq əksəriyyət də buna əməl edir.

Bəs bu il necə may ayında şadlıq saraylarına toy mərasimlərinin keçirilməsi ilə bağlı sifarişlər daxil olubmu? Yeri gəlmişjkən, bu il çoxlarının “boş ay” adlandırdığı mayın əvvəlində orucluq da başlayır.

Bakıda fəaliyyət göstərən bəzi şadlıq saraylarına sorğu ünvanlayaraq, may ayı üçün toy sifarişi alıb-almadıqlarını öyrənməyə çalışmışıq.

“Xəzinə Palace” restoranı: “Bu il may ayı bütünlüklə orucluğa düşdüyünə görə toyla bağlı hər hansı sifariş daxil olmayıb”.

“Çıraq Palace”: “May ayında insanlar niyəsə toy etməkdən qorxur. Ümumilikdə isə az da olsa indiyədək may ayında sifarişlər daxil olub. Bu il isə orucluğa təsadüf etdiyindən hələ ki sifarişlər daxil olmayıb. May ayında toy olduğu təqdirdə həmişəki qiymətlərə nisbətdə endirimlər də edirik”.

“Neptun Saray”: “Bu il mayın ilk 5 günü üçün sifarişlər daxil olub. Ötən illər ərzində də may ayı üçün sifarişlər olub. Bu il may ayının orucluğa təsadüf etməsini iftar vaxtının gecə saatlarına düşməsini nəzərə alsaq, insanlar toy etməkdə maraqlı deyillər. Lakin onu qeyd dim ki, orucluğa təsadüf etməsinə rəğmən bu ay ərzində toy etmək yalnış deyil”.
“Abu Arena”: “Bu ilin may ayı üçün hər hansı bir sifariş daxil olmayıb. Lakin ötən illər ərzində may ayında toy mərasimləri keçirilib”.

“Su Sonası”: “May ayının 5-i orucluq daxil olduğuna görə, hər hansı sifariş qəbul etməmişik. Lakin ötən illərdə də bu ay üçün toylar azlıq təşkil edib. Demək olar ki, bütün ay ərzində şadlıq sarayında 1 ya 2 toy mərasimi keçirilib”.

“Neolit” : Bu il may ayı Ramazana təsadüf etdiyindən, sifarişlər daxil olmayıb. Lakin ilk 5 gün üçün sifarişlər var. May ayında əvvəllər demək olar heç kim toy etmirdi. Son bir neçə ildə isə bu ay ərzində başqa aylara nisbətdə az olsa da, toy edənlər olur”.(modern.az)


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031