Son xəbərlər:
“Formula-1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib                        Prezident sərəncam verdi - 6,8 milyon pul ayırdı                        Səhiyyə Nazirliyi itlərlə bağlı əhaliyə xəbərdarlıq etdi                        Marqo dö Kastro: Azərbaycanla əlaqələrin inkişafına töhfə verməyimə görə çox şadam                        Ordumuz "Mi"ləri havaya qaldırdı - Video                        Usubov əmr verdi: Nəzarət gücləndirilsin!                        Nazirlikdən kompensasiyalarla bağlı açıqlama: 350,8 milyon...                        Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib                        Sumqayıtın 15 və 25 illik yubileyindən maraqlı görüntülər -VİDEO                        Sabah Milli Məclis toplanacaq - Gündəlikdə 19 məsələ var                        Rafael Ağayev bürünc medal qazandı                        Ukraynada seçkilər bitdi, Zelenski qalib gəlib - “Exit-poll”                        Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO (18+)                        Ukraynada seçicilərin 48 faizə yaxını səs verib                        Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir                        Petro Poroşenko: İnanıram ki, xalq düzgün seçim edəcək                        Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək                        Bakıda avtobus maşınla toqquşdu - 5 yaralı                        Bu gün 11-ci sinif şagirdləri üçün imtahanlar keçirilir                        Pərvanə Dostəliyeva bu dəfə sənədlərinin şəklini yaydı                        Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb                        Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır                        Deputatla Eyyub Yaqubov belə rəqs etdi -                        Futbol həvəskarı olan bəy toyundan çıxıb matç izləməyə getdi FOTOLAR                        Qəbələdə dəhşətli qəza, ölən və yaralananlar var                        Ordubada 15 sm qar yağıb - Faktiki hava                        İstanbul məktəblərinin birinin divarında Mübariz İbrahimovun şəkli çəkilib                        Nazpərinin qardaşı arvadından ŞOK İDDİALAR - VİDEO                        Əli Əhmədovun iştirakı ilə Şəkidə regional müşavirə keçirilir - FOTO                        Sabah ölkə ərazisində yağışlı hava olacaq                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-apr-2019 / ( 10:20 )
 
 
 
 
Tarix: 8-04-2019, 12:56
 Floridada beş metr uzunluğunda piton tutulubABŞ-ın Florida ştatının “Big Cуpress National Preserve” qoruğunun nümayəndələri qoruq sahəsində nəhəng dişi Birma pitonu tutublar. Çəkisi 63,5 kiloqrama bərabər olan heyvanın uzunluğu 5,1 metrdir ki, bu da ABŞ-da indiyədək aşkar edilən rekord uzunluqda pitondur. Tədqiqatçılar, həmçinin pitonun daxilində inkişaf edən 73 yumurta olduğunu aşkarlayıblar. “Big Cуpress National Preserve” Mayamidən təqribən 80,5 kilometr qərbdə, Floridanın cənub hissəsində yerləşən qoruqdur. Florida ştatının hakimiyyət orqanları artıq neçə illərdir ki, pitonların invaziv populyasiyasının sayına nəzarət etməyə cəhd göstərirlər. Belə ki, onların sayının artması yerli əhali və bütövlükdə, ekosistem üçün ciddi təhlükənin olduğunu nümayiş etdirir. Onlar bu ilanların axtarılması və tutulması üçün yeni yanaşma tətbiq etmək qərarına gəliblər. Belə ki, tutulan erkək pitonların üzərinə radioötürücü quraşdırılıb, daha sonra qoruğa buraxıblar. Alimlər bu üsulla onları yumurta qoyacaq dişi pitonların yanına gətirə bilən erkəkləri izləyiblər. İndi tutulan dişi piton da bu yolla aşkar edilib. Tutulan dişi pitonu qoruğun ərazisindən uzaqlaşdırıblar, onun gələcək taleyi barədə məlumat verilmir.

Birma pitonu mənşəcə Cənub-Şərqi Asiyanın cəngəlliklərindəndir. Bu növ Cənubi Floridada evdə saxlanılan pitonların vəhşi təbiətə bilərəkdən buraxılması nəticəsində əmələ gəlib. Alimlər hesab edirlər ki, ilanlar Cənub-Şərqi Asiyadan həvəskarlar tərəfindən gətirilib və böyüyənədək ev heyvanı kimi saxlanılıb. Baxmayaraq ki, tutulan ilanın uzunluğu 5,1 metrdir, Floridada bundan da iri pitonların olması istisna deyil. Onların uzunluğu 7 metr, çəkisi isə 90 kiloqrama yaxın ola bilər.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930