Son xəbərlər:
ABŞ-da son sutkada 1307 nəfər koronavirusdan ölüb                        Neft Daşlarında dalğanın hündürlüyü 3.2 metrə çatıb                        "10 sot torpaq aldım, amma aldadıb vermədilər" - Sevda Ələkbərzadə                        Siyavuş Novruzov: "YAP həbs edilən məmurlarla bağlı qərarını onların məhkəməsindən sonra verəcək"                        İran DÇ-2022 üçün Qətərə kömək etməyə hazır olduğunu bildirib                        Bakıda 12 metrlik avtobuslar xəttə buraxıldı                        Nazirliyin 40 əməkdaşı işdən çıxarıldı                        Böyük Britaniyaya gedənlər 14 gün karantində qalacaqlar                        Türkiyədə qəzada 3 azərbaycanlı öldü                        Azərbaycanda daha 127 nəfər koronavirusa yoluxub, 107 nəfər sağalıb, 3 nəfər ölüb                        Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirildi -                        Naxçıvanın yeni Baş Naziri o oldu                        Bayram günü güclü külək əsəcək                        Külək elektrik xətlərinə ziyan vurdu - Fotolar                        Bu gündən Azərbaycanda 8 günlük tətil başlayır                        DOST rəsmi saytını təqdim etdi                        WhatsApp-da yeni funksiya işə düşəcək                        Fidan Hacıyevaya daha bir vəzifə verildi - Foto                        Prezident yeni icra başçılarını videoformatda qəbul etdi.                        Temperatur 10 dərəcə enəcək - Nazirlikdən xəbərdarlıq                        Prezident Rüstəm Usubovu təltif etdi                        Əbülfəs Qarayev vəzifəsindən azad edildi                        Sabah 36 dərəcə isti olacaq                        Britaniyada koronavirusdan ölənlərin sayı 35 mini keçdi                        Çində koronavirusla bağlı son vəziyyət açıqlandı                        Poroşenkoya qarşı cinayət işi açıldı                        İngiltərə futbol klubunun məşqçisi koronavirusa yoluxdu                        Biləsuvarda 4 otaqlı ev yanıb                        Moskvada daha 75 nəfər koronavirusdan öldü                        Açıq havada toy keçirilə bilər? - Rəsmi açıqlama                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
21-may-2020 / ( 19:59 )
 
 
 
 
 
 
 
21-may-2020 / ( 13:24 )
 
 
 
 
 
20-may-2020 / ( 01:32 )
 
 
 
 
 
 
 
 
 
 
18-may-2020 / ( 19:02 )
 
 
 
 
 
 
18-may-2020 / ( 13:20 )
 
18-may-2020 / ( 13:17 )
 
18-may-2020 / ( 11:42 )
 
 
 
 
16-may-2020 / ( 13:42 )
 
 
 
 
 
 
 
 
 
Tarix: 4-04-2019, 21:00
Azərbaycan Prezidentinin tapşırıqları təxirə salınmadan icra edilir
Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn vəzifələrin təxirə salınmadan icrasının təşkili ilə bağlı aprelin 4-də Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib.

Ədliyyə Nazirliyi mətbuat xidmətindən Qafqazinform.az-a verilən məlumata görə, iclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı tərəqqisini vurğulayıb, əhalinin rifahının yüksəldilməsinə, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə yönələn ardıcıl tədbirlərdən danışıb. Bildirib ki, imzalanan Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Fərman bu sahədə islahatların dərinləşdirilməsini, yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə ədliyyə və məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyənləşdirən mühüm “yol xəritəsi”dir.

İclasda Azərbaycan Prezidentinin rəhbərliyi ilə ötən dövrdə aparılan islahatlar çərçivəsində ədliyyə və məhkəmə sisteminin inkişafı üzrə bir çox mühüm tədbirlərin həyata keçirildiyi, o cümlədən qanunvericiliyin təkmilləşdirildiyi, xüsusi dövlət proqramlarının qəbul edildiyi, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdığı, məhkəmə və ədliyyə infrastrukturunun yaxşılaşdığı qeyd olunub, məhkəmə-hüquq sistemində kompleks qanunverici, institusional və praktiki tədbirlərin görülməsini nəzərdə tutan dövlətimizin başçısının proqram xarakterli Fərmanı ilə Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələrin qoyulduğu vurğulanıb.

Bununla əlaqədar kollegiyada dövlətimizin başçısının tapşırıqlarının vaxtında, dürüst və dönmədən icrasının təmin olunması, o cümlədən məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması, bu sahədə süründürməçilik və sui-istifadə hallarına yol verilməsinin qarşısının qətiyyətlə alınması, “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin geniş və səmərəli tətbiqi ilə bağlı konkret işlərin görülməsi müəyyənləşdirilib.

Eyni zamanda, məhkəmə qərarlarının icrasının sürətləndirilməsi məqsədilə bu sahədə qanunvericiliyin ətraflı təhlil edilməsi, Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, mediasiya institutunun və beynəlxalq arbitraj prosedurlarının təşviqi, məhkəmə qərarlarının icrası və məhkəmə ekspertizası fəaliyyətinin alternativ mexanizmlərinin tətbiqi təcrübəsinin öyrənilməsi və müvafiq təkliflərin təxirə salınmadan hazırlanması diqqətə çatdırılıb.

Vurğulanıb ki, Fərmanda məhkəmə fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması, qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi, hakimlərin təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması ilə bağlı ciddi və konkret tədbirlərin müəyyənləşdirilməsi məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinə və əlçatanlığına, vətəndaş məmnunluğuna xidmət edir.

İclasda cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması, o cümlədən məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, məhkəmə icraatının səmərəliliyinin təmini, məhkəmə infrastrukturunun yenilənməsi və təchizatın yaxşılaşdırılması, habelə cəza siyasətinin humanistləşdirilməsinə dair dövlətimizin başçısının tapşırıqlarının icrası üzrə nazirliyin vəzifələri müzakirə edilib.

Kollegiyanın qərarına əsasən Fərmanın icrasının təşkili ilə bağlı xüsusi tədbirlər planı təsdiq olunub, aidiyyəti orqanlarla birgə müvafiq qanunvericilik layihələrinin hazırlanması üzrə əlaqələndirmə işçi komissiyası yaradılıb.

İclasda, həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}