Son xəbərlər:
Sankt-Peterburqda “Ədalət mühakiməsinin elektron tərəzisi” doktrinasının təqdimat mərasimi keçirildi                        Mərhum diktor Rafiq Hüseynova barelyef qoyuldu - FOTO                        Rusiya ilə Gürcüstan arasında danışıqların növbəti mərhələsi fevralın 27-də Praqada keçiriləcək                        Martın 19-da keçiriləcək hərracda 99 dövlət əmlakı üzrə seçim imkanı var                        Rüstəm İbrahimbəyov Azərbaycanı tərk etdi                        Sabah Ay Yerə ən yaxın məsafədə olacaq                        “Mançester Yunayted” klubu hücumçusu Romelu Lukakunu satmaq niyyətindədir                        Silahlı münaqişə zonalarında hər il 100 min uşaq öldürülür                        ® “Huawei Mate 20 Pro” bazarda ən yaxşı kamerofon adlandırılıb                        “Anamı və iki bacımı üç uşaqla əsir götürüblər...” Xocalı sakini...                        İranın yeni “Fateh” adlı sualtı qayığı hərbi dəniz qüvvələrinin istifadəsinə verilib                        Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib                        “Ən çətini oxucularımın məndən razı qalmasıdır...”                        Saatlıda 2018-ci ilin yekunları müzakirə olundu                        Azərbaycan və Belarus müdafiə nazirlərinin görüşü olub                        Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək                        Rokfellerlər işğalçı ölkə prezidentini qəbul etdi- FOTO                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir                        Neftin qiyməti bahalaşır                        İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib                        ABŞ-da atışma nəticəsində 4 nəfər ağır yaralanıb                        Milli Məclisdən pensiyalarla bağlı qanuna dəyişiklik                        “Onun adıyla bağlı keçirilən yarışlar bizim üçün böyük təsəllidir...” -Aprel şəhidimizin atası...                        Leyla Əliyeva “Zima” festivalını izlədi - FOTOLAR                        Ramzan Kadırov məşhur azərbaycanlı ilə şəklini paylaşdı - FOTO                        Astanada SOCAR və “KazMunayQaz” arasında memorandum imzalanıb                        Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb                        Ermənistanın xarici işlər naziri: “Məmmədyarovla dəhlizdə salamlaşa bilərik...”                        24 il həbs, 50 milyon dollar cərimə –Trampın keçmiş müşavirinə hökm oxunacaq                        "Rusiya ilə Avropanın iqtisadi əlaqələrinin kəsilməsinə qarşıyıq" -Angela Merkel                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-fev-2019 / ( 09:39 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
16-fev-2019 / ( 09:30 )
 
16-fev-2019 / ( 09:14 )
 
 
 
 
 
Tarix: 6-02-2019, 12:14
Tibb Universitetinə Gəray Gəraybəylinin rektor təyin olunması nəyi dəyişdi?Azərbaycan səhiyyəsindəki vəziyyət günü-gündən acınacaqlı duruma düşür.

Faktinfo.az bildirir ki, ölkə vətəndaşları sağlamlıqlarının qeydinə qalmaq üçün Türkiyə, İran, Rusiya, Gürcüstan, Avropa və digər ölkələrə üz tutur. Bu məqsədlə ay ərzində minlərlə vətəndaş müayinə və müalicə üçün xarici ölkələrə pul aparır. Respublikamızdan milyonlarla manat vəsait səhiyyə məqsədilə çıxarılır. Amma ölkəmizə müayinə və müalicə üçün gələn demək olar ki, yoxdur,səhiyyə turizmi ölü nöqtədən tərpənmir.Ən yüngül tibbi əməliyyatların aparılması üçün səhiyyəmizə güvən itib.Açığı müəyyən kəsim savadlı və təcürbəli həkimlərin də nüfuzu bəzi üzdən iraq həkimlərimizə görə aşağı düşüb.

Səhiyyə sistemində bu vəziyyətin yaranmasında heç şübhəsiz ki,peşəkar həkimlərin hazırlanmalı olunduğu Azərbaycan Tibb Universitetindəki neqativ halların xüsusi rolu var.Bir neçə il bundan əvvəl Azərbaycan Tibb Universitetinə Gəray Gəraybəylinin rektor təyin edilməsi belə bu ali məktəblə bağlı müsbət gözləntiləri doğrultmadı.ATU-da dəyişən ancaq kadrlar oldu.Tədrisin səviyyəsində heç bir yenilik baş vermədi. Bu da gələcək üçün ATU-nun yetişdirdiyi həkimlərin həmişəki kimi,nəzəriyyəçilərdən ibarət olacağını bir daha təsdiqlədi.Diqqət tədrisdə keyfiyyət dəyişikliyinə yönəlmədi,ancaq kadr dəyişikliyinə üstünlük verildi.ATU-da baş mühasib,Təsərrüfat işləri üzrə prorektor,dekanlar,kafedra müdirləri,laboratoriya rəhbərləri,Tədris Terapevtik Klinikası və Tədris Cərrahiyyə Klinikası direktorları, eləcə də əli pulla “oynayan” digər vəzifə sahibləri böyük narazılıq doğursa da, rektora ən yaxın şəxslərlə əvəzləndi.

Təbii, növbəti yazılarımızda detallı şəkildə mövzuya qayıdacağıq.Hələlik isə ATU-nun rektoru G.Gəraybəylinin Tədris Terapevtik Klinikası ilə bağlı həyata keçirdiyi “islahat”a nəzər yetirək.ATU-nun nəzdində olan bu klinikada nə dəyişib,hansı müsbət göstəricilərə nail olunub?

Faktinfo.az xəbər verir ki, ki,G.Gəraybəyli rektor təyin olunandan sonra Tədris Terapevtik Klinikasında 4 dəfə direktor dəyişikliyi baş verib.Hər direktor dəyişikliyi isə böyük ölçüdə yeni “komanda”nın formalaşması ilə nəticələnib.Belə vəziyyət isə ciddi narazılıqlara,qarşıdurmalara,xoşagəlməz söz-söhbətə gətirib çıxarıb.Hələ də bu klinikada normal ab-hava yaranmayıb.Budur,G.Gəraybəylinin ATU-ya gətirdiyi yenilik?!

Vaxtilə ölkə prezidenti İlham Əliyevin açılışını etdiyi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında qiymətlər hazırda “əl yandırır”. Klinikaya müraciət edən xəstələrə həkimlərin qəbulu üçün əvvəllər 30 manat ödəniş müəyyənləşdirilmişdisə, hazırda bu məbləğ iki dəfədən də çox qaldırılıb.Təbii, 60-70 AZN ödənilməsi isə kütləvi şəkildə narazılığa səbəb olub.

Hətta Faktinfo.az saytının əldə etdiyi məlumata görə,həmin məbləği ödəyən xəstə 10-15 gün sonra səhhətində yaranmış narahatlıqla bağlı həkiminin qəbuluna düşmək istəyəndə təkrar ödəniş tələb olunur. Bu isə pasiyentləri qıcıqlandırır, az qala xəstəsini gətirən sağlam insan da orada xəstəlik tapır.

Bütün bunları Tədris Terapevtik Klinikasının girişindəki qeydiyyat şöbəsinə yaxınlaşmaqla müşahidə etmək, hansı həkimin qəbuluna düşmək üçün nə qədər pul istənildiyini görmək elə də çətin deyil.

Təcüblüsü də odur ki,bu qədər gəlirin qarşılığında sözügedən klinikanın son iki ildə kommunal xidmətlərə-işığa,qaza,suya külli miqdarda borcu yığılıb.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
Ən çox oxunanlar
 
 
 
 
 
 
 
 
10-02-2019 17:36