Son xəbərlər:
“İcra başçısı məndən bir qapının açılması üçün 30 min manat pul istəyir” - Millət vəkili                        Seçki İrəvana neçəyə başa gələcək?                        Avropada ən çox məvacib ödəyən 10 futbol klubu - SİYAHI                        Alim Qasımov və Fərqanə Qasımova London teatrının səhnəsində çıxış ediblər                        Sevgilisi üçün 2 uşağını qaynar suya atdı                        "Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"                        Gürcüstan vətəndaşı 290 il müddətinə həbs edildi                        Səudiyyə Türkiyəni ittiham etdi                        ABŞ-ın Səudiyyəyə sanksiyası başladı                        XİN-dən Saakyanın Fransa səfərinə münasibət                        Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib                        Ronaldo nişanlandı - Fotolar                        Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi                        Qarabağın Azərbaycanlı İcmasından sərt bəyanat                        Fransa beynəlxalq hüquqa qarşı: bu ölkə həmsədrlikdən çıxarılmalıdır                        İrəvan reallığı dərk edib, siyasətini dəyişməlidir - Kılıç                        BDU-da seminar: dillə bağlı fərman müzakirə edildi                        Avropanın yaş ortalamasına görə ən yaşlı futbol liqası və klubu müəyyənləşib                        Ən etibarlı avtomobillər - Siyahı                        “Biz İranla dostluq əlaqələri qurmağa hazırıq...”- Separatçı erməninin arzusuna cənub qonşumuz necə cavab verəcək?..                        Qaşıqçını öldürmək əmrini kim verib?                        Hər çəkilən siqaret insan ömrünü 11 dəqiqə azaldır                        Tramp səfir vəzifəsinə qadın çantaları dizaynerinin namizədliyini irəli sürüb                        Rusiya və ABŞ prezidentləri neft bazarını müzakirə edib                        Çingiz Qənizadə: "Şəmkirdə yeyib-içən deputatlar iclasda iştirak etməlidirlər"                        Beyons milyarderlə dostluğunu bitirdi - Adı təcavüzdə hallanır                        Səudiyyə prokurorluğu Cemal Kaşıkçını öldürənlərə edam cəzası tələb edəcək                        Abel Məhərrəmov vəzifəsindən azad edildi...                        Moskvada “Yeddi gözəl” sərgisi açılacaq                        “Qara Qarayevin kino musiqisi” kitabının təqdimatı olacaq                       
Xəbər lenti
 
 
 
 
 
 
 
15-noy-2018 / ( 20:17 )
 
 
 
 
15-noy-2018 / ( 19:25 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-noy-2018 / ( 15:22 )
 
 
 
 
 
 
 
15-noy-2018 / ( 14:13 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 7-11-2018, 13:08
Sabah Bakıya güclü yağış yağacaqAzərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 8-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 8-10, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 8-də hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında gecə və səhər yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 14-18° isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 8-9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

ETSN xəbərdarlıq edib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 8-i gündüzdən 9-u gündüzədək arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 8-dən 9-u səhərədək Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930