Son xəbərlər:
Mozambikdə qasırğada ölənlərin sayı 446 nəfərə çatıb                        Aydın Xırdalanlı son mənzilə yola salınıb - FOTO                        Xanım müğənnidən şok açıqlama - "Onunla bir gecəlik münasibətimiz oldu"                        "Mançester Yunayted"in təklifinə “yox” dedi                        Kiyevdə dahi şairimiz Səməd Vurğun anılıb                        Zakir Həsənov ABŞ-a səfər edəcək                        Sabah hava buludlu olacaq, arabir yağış yağacaq                        Nanədən illər sonra etiraf: "Türkiyədə məni…"                        "Erməni konyakı"nın müəllifi ermənilər yox, Azərbaycan almanlarıdır-Alman alimindən iddia                        Doğulduğu gün çəkisiylə dünyanı şoka salan adam indi polisdə işləyir - FOTOLAR                        Aygün Səmədzadənin əsərləri Türkiyədə canlanma və coşqu yaratdı… – FOTO                        İndoneziyada 5,4 bal gücündə zəlzələ olub                        Tereza Meyi devirməyə cəhd edirlər                        Aydın Xırdalanlı son mənzilə yola salınır - FOTO                        Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib                        “Disneyland”də “silah səsləri” vahimə yaratdı .                        Pakistanda “Yaşasın Azərbaycan” sədaları                        İlham Əliyev Yunanıstana məktub göndərdi                        “Top Model Azerbaijan 2019”-dan maraqlı görüntülər                        Aleyna Tilki Bakıda- VİDEO...                        "Telmandan soruşdum, bəs Monika Belluçi nə edəcək, dedi ki..."                        "Boeing"in səhmləri 40 mlrd. dollardan çox ucuzlaşdı                        Mehman Əhmədli Aydın Xırdalanlının ölüm xəbəri barədə: “Belə zarafat olar?!”                        110 çoban bir hücumda öldürüldü                        "Sən kimsən ki, bir metr irəli gəlmisən? İşdən qovuldun!"                        "Avro-2020": Bu gün seçmə mərhələnin I turuna yekun vurulacaq                        “Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - deputatdan çağırış-təklif                        Terrorçu Öcalanı dəstəkləyən “kürd” adlananlar Ermənistan bayrağı altında Novruz keçirdi...                        Cavanşir Məmmədov "Ulduzlu yayım"-da - "Yağdır mövlam su" - VİDEO                        “Netflix” yayım şirkəti “Apple” ilə əməkdaşlıqdan imtina edib                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-mar-2019 / ( 00:14 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
23-mar-2019 / ( 20:46 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 6-11-2018, 22:22
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatıErmənistan kütləvi informasiya vasitələrində verilmiş məlumata əsasən, həmin ölkənin müdafiə naziri vəzifəsinin icraçısı, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri David Tonoyan Azərbaycan tərəfinin əsirlərin dəyişdirilməsinə dair təklifi barədə mətbuatdan oxuduğunu və rəsmi təklif almadıqlarını bildirib.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirir ki, 2016-cı il aprelin 29-da Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ünvanladığı məktubunda hazırda hər iki tərəfdə saxlanılan şəxslərin dərhal azad edilməsi və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda, cəsədlərin 3 gündən gec olmayaraq qaytarılması ilə bağlı saziş layihəsinin hazırlanmasını təklif edib. Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, BQXK bu təklifin Ermənistan tərəfinə çatdırıldığını və saziş layihəsi üzərində müvafiq iş apardığını bildirib.

Bununla yanaşı, Dövlət Komissiyası Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi Qrupu (BİQ) ilə 2017-ci və 2018-ci illərdə Bakıda keçirdiyi görüşlər zamanı tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi məsələsini müzakirə edib. Bu təklif son iki ildə Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmiş BİQ həmsədrləri - Bernhard Klazen (Almaniya), Svetlana Qannuşkina (Rusiya) və Paata Zakeriaşvili (Gürcüstan) tərəfindən Ermənistanın müvafiq qurumlarına çatdırılaraq müzakirə edilib.

Son dəfə cari ilin oktyabr ayında Ermənistana və işğal olunmuş Dağlıq Qarabağa səfər edən BİQ həmsədrləri Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu ilə telefon əlaqəsi saxlayaraq, bu ilin noyabr ayının sonunda Gürcüstanın Tbilisi şəhərində hər iki ölkənin Dövlət komissiyalarının görüşünün keçirilməsini planlaşdırdıqlarını və müzakirəyə çıxarılacaq mövzuları razılaşdırmaq istədiklərini bildiriblər.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası müzakirəyə çıxarılacaq əsas məsələnin hazırda tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi mövzusu olacağı təqdirdə, Azərbaycan tərəfinin görüşə hazır olduğunu BİQ həmsədrlərinin diqqətinə çatdırıb.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar